Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Britaniya məhdudiyyətləri sərtləşdirir-"omikron" ştamına görə

Britaniya omikron ştamına görə məhdudiyyətləri sərtləşdirir

Böyük Britaniyanın Baş naziri Boris Conson koronavirusun yeni "omikron" ştamının yayılması ilə daha sərt məhdudiyyətləri elan edib.

Yenixeber.org: Bu barədə "Sky News" məlumat yayıb.

Hökumət tətbiq etdiyi "B planı"na görə, gələn həftədən vətəndaşlar məsafədən iş formatını bərpa edəcəklər.

Dekabrın 10-dan bir sıra ictimai yerlərdə, xüsusən də teatr və kinoteatrlarda maskaların taxılması məcburi olacaq.

Bir həftədən sonra qapalı məkanlara gələnlər (məsələn, gecə klublarında) COVID-19 pasportlarını təqdim etməlidirlər.

Qeyd edək ki, Böyük Britaniyada son sutka ərzində "omikron" ştamına 131 yoluxma halı qeydə alınıb, bununla da ölkədə yeni növ koronavirusa yoluxanların ümumi sayı 568-ə çatıb.

Bir gün əvvəl Böyük Britaniya "omikron"un yayılması səbəbindən ölkəyə giriş qaydalarını sərtləşdirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam