Redaktor seçimi
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!:
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Günün xəbəri

Vilayət Eyvazov sıra baxışı keçirib-FOTOLAR

Dekabrın 16-da daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun iştiraki ilə respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışı keçirilib.

Yenixeber.org: Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Sıra baxışında kütləvi informasiya vasitələrində, o cümlədən DİN-in rəsmi saytında və sosial şəbəkələrdəki səhifələrində verilmiş elana uyğun olaraq Nazirliyə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 337 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 90 nəfəri Vətən müharibəsinin iştirakçıları və şəhid ailələrinin üzvləri olub.

Ümumilikdə isə il ərzində daxili ilər orqanlarında xidmətə qəbul edilən gənclərdən 573 nəfəri torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edən şəxslər və şəhid ailələrinin üzvləri olub.

Nazir V.Eyvazov xidmətə qəbul ediləcək gəncləri qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edərək onlara polis adını və şərəfini daim uca tutmalarını, müasir informasiya texnologiyalarının sirrlərinə yiyələnmələrini, vətəndaşların müraciətlərinə həssaslıqla və operativ şəkildə yanaşmalarını, onlarla ünsiyyətdə, rəftarda hər zaman yüksək mədəniyyət və təmkinlik nümayiş etdirmələrini, ədalətli, obyektiv və dürüst olmalarını, fəaliyyətlərində peşəkar həmkarlarının təcrübəsindən yararlanmalarını tövsiyə edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam