Redaktor seçimi
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!:
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Günün xəbəri

Bu Vətən müharibəsi iştirakçıları polis oldu-FOTO

 

Noyabrın 3-də daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun iştiraki ilə respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışı keçirilib.

Yenixeber.org: Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Qeyd olunub ki, şəffaflıq, aşkarlıq və ədalət prinsipləri əsasında gerçəkləşən sıra baxışında əvvəlcədən verilmiş elana uyğun olaraq, nazirliyə onlayn qaydada müraciət edən gənclərdən daha hazırlıqlı olan 237 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 75 nəfəri torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələnən Vətən müharibəsinin iştirakçıları olub.

General-polkovnik V.Eyvazov xidmətə qəbul ediləcək gənclərə polis adını və şərəfini daim uca tutmalarını, müasir informasiya texnologiyalarının sirrlərinə yiyələnmələrini, vətəndaşların müraciətlərinə həssaslıqla və operativ şəkildə yanaşmalarını, onlarla ünsiyyətdə, rəftarda hər zaman yüksək mədəniyyət və təmkinlik nümayiş etdirmələrini, ədalətli, obyektiv və dürüst olmalarını, fəaliyyətlərində peşəkar həmkarlarının təcrübəsindən yararlanmalarını tövsiyə edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam