Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

Amerikalı ekspert:"Ermənistanın qarşıdurmanı qızışdırması onu məğlubiyyətə sürükləyir"

Amerikalı ekspert: Ermənistanın qarşıdurmanı qızışdırması onu məğlubiyyətə sürükləyir

"Ermənistan hökuməti Azərbaycanın uzatdığı "zeytun budağı"nı qəbul edərək dinc münasibətlər qurmağa başlamaq əvəzinə, müharibədəki məğlubiyyətini, habelə ictimaiyyətə verdiyi vədlərin günahını kiminsə üstünə yıxmaq istəyir".

Yenixeber.org:  Bunu amerikalı jurnalist və hüquqşünas, milli təhlükəsizlik eksperti İrina Zukerman (İrina Zuckerman) BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinin bu il dekabrın 7-də verdiyi qərarı şərh edərkən bildirib.

“Mütəmadi olaraq başqa ölkələr tərəfindən təzyiqə məruz qalmasından gileylənən Ermənistanın eyni zamanda, media vasitəsilə azərbaycanlılara qarşı ədavəti qızışdırması onların məkrli niyyətindən xəbər verir. Belə ki, bu cür xəbis əməllərin nələrə gətirib çıxaracağını gözəl bilirlər”, - ekspert deyib.

Onun sözlərinə görə, Ermənistan tərəfi ədavəti qızışdırmasının onları məğlubiyyətə sürükləyəcəyini etiraf etməlidir.

Ekspert qeyd edib ki, Beynəlxalq Məhkəmə qərarını “müvəqqəti tədbirlər” adı ilə verməklə mövcud vəziyyətdə bu qərarı yerinə yetirmək iqtidarında olmayan beynəlxalq təşkilatların bacardığı qədər təcili addımlar atmağın vacibliyini ortaya qoyub: “Hər halda bu addım vəziyyətin böhran həddində olduğunu göstərir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam