Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Günün xəbəri

Türkiyə seysmik stansiyaların quraşdırılmasına dəstək verəcək -Qarabağda

Türkiyə Qarabağda seysmik stansiyaların quraşdırılmasına dəstək verəcək

Dekabrın 3-də Türkiyə Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) Zəlzələ Departamenti və AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) arasında ikitərəfli əməkdaşlığın genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsinə dair 1-3 dekabr 2021-ci il tarixlərində aparılmış danışıqların nəticəsinə dair Razılaşma Protokolu imzalanıb.

Yenixeber.org: Protokolu Türkiyə tərəfindən AFAD-ın Zəlzələ Departamentinin rəhbəri Murat Nurlu, Azərbaycan tərəfindən RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli imzalayıblar.

Qeyd edək ki, razılaşmaya əsasən Türkiyə tərəfi Azərbaycana dərin quyu stansiyası verəcək və həmin stansiyanın 2022-ci ildə quraşdırılması nəzərdə tutulur.

Bundan başqa, qardaş ölkə Qarabağda seysmik stansiyaların quraşdırılması, kadrların təcrübə mübadiləsi, baş verən zəlzələlərə dair seysmik stansiya məlumatlarının mübadiləsi sahəsində Azərbaycana dəstək verəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam