Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Niyə tez-tez “yer ayağımızın altından qaçır”?

Son günlər Azərbaycan ərazisində qeydə alınan yeraltı təkanların sayı artıb. Əksər hallarda bu zəlzələlər hiss olunmasa da, müəyyən narahatlıqlar yaradır. 

Yenixeber.org: Məsələnin aktuallığını nəzərə alaraq, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızı ilə əlaqə saxlanılıb. 

V.Rafiqqızı  açıqlamasında bildirib ki, Xəzər dənizində olan zəlzələnin maqnitudası yüksəkdir və ərazi seysmik baxımından aktiv zonadır:

"Orada həmişə zəlzələ olur. Son zəlzələ zamanı maqnitudanın artması müşahidə olunur. Bu da oradakı zəlzələ ocaqlarındakı proseslərlə bağlıdır".

Vüsalə Rafiqqızının sözlərinə görə, dənizdə olan zəlzələ ocaqları sahildən uzaqda yerləşirsə, ətrafa elə də təsiri olmur.

"Zəlzələ neft platformaları ətrafında olduqda hasilata təsir etməsi ehtimalı var. Bir neçə gün ərzində baş verən zəlzələlər isə sahilyanı ərazilərdə 3 bala yaxın hiss edilib.

Azərbaycanda seymik baxımdan aktiv ərazilər çoxdur. Zəlzələ o ərazilərdə olur ki, orada seysmik aktivlik var. Zəlzələ ocaqları hərəkətə gələndə aktiv fazaya keçir və zəlzələ baş verir. Ocaq zəlzələdən sonra tədricən sönür və həmin ərazidə seysmiklik fon səviyyəsinə düşür. 

Son günlər əsasən Xəzər dənizində zəlzələ olur. Orada zəlzələ ocaqları çoxdur", - deyə xidmət rəsmisi qeyd edib. 

Qeyd edək ki, Azərbaycan seysmik baxımdan aktiv zonadır. Ölkə ərazisində Şimal, Şimal-qərb zonası, Xəzər dənizi, Şamaxı-İsmayıllı ərazisi, xüsusilə cənubda Talış dağlıq hissəsi seysmik aktiv bölgələrdə yerləşir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam