Qarabağda kompleks seysmoloji tədqiqatlar aparılacaq
Fevralın 11-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Elmi-Texniki Şurasının növbəti iclası keçirilib. “Zoom” platforması üzərindən onlayn keçirilən iclasda RSXM-in Elmi-Texniki Şurasının üzvləri, şöbə rəhbərləri, alimlər və mütəxəssislər iştirak ediblər.
Yenixeber.org: Mərkəzin İnformasiya şöbəsindən verilən xəbərə görə, iclasda Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 1/3 saylı 2021-ci il 8 yanvar tarixli Qərarına əsasən 2021-2025-ci illər üçün AMEA nəzdində RSXM-də aparılacaq elmi-tədqiqat işlərinin əhatəli planı və bu il mərkəzdə bakalavr, magistr, dissertant və mühəndis-texniklər üçün keçirilməsi nəzərdə tutulan ixtisas və xarici dil kursları üzrə tədris proqramlarına dair müzakirələr aparılıb.
Mərkəzin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli gündəliyi elan etdikdən sonra bildirib ki, işğaldan azad edilmiş rayonlarımızda 2021-2025-ci illər ərzində mərkəz tərəfindən 10 seysmik stansiyanın quraşdırılması nəzərdə tutulur.
Hazırda 7 stansiyanın quraşdırılması üçün bütün avadanlıqların mövcud olduğunu bildirən baş direktorun sözlərinə görə, həmin stansiyaların 3 dəsti mərkəzin balansındadır. Dörd stansiya isə RSXM-in qazandığı qrant hesabına alınıb. Həmin stansiyaların quraşdırılması üçün dövlət qurumları tərəfindən müvafiq icazənin gözlənildiyini deyən baş direktor rəsmi göstəriş verilən kimi Qarabağ ərazisində quraşdırma işlərinə başlanılacağını qeyd edib. Professor, həmçinin 2021-2025-ci illərdə Qarabağda kompleks seysmoloji tədqiqatların aparılmasının da nəzərdə tutulduğunu qeyd edib. Baş direktor 2021-2025-ci illərdə RSXM tərəfindən respublika ərazisində aparılacaq seysmoloji, geofiziki və geokimyəvi tədqiqatların istiqamətlərini də açıqlayıb.