Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

"ƏRAZİ BÜTÖVLÜYÜ QARŞILIQLI TANINIB" -“İrəvan Bakının bunu etməməsi üçün hər şeyi edəcək”

Əgər bu görüş məhbusların qaytarılması məsələsini həll edərsə, Ermənistan noyabrın 9-da onlayn görüşə hazır idi. Bu gözlənilmədiyi üçün görüşün vaxtının dəyişdirilməsi “təklif olundu”. 

Yenixeber.org: Bunu noyabrın 23-də Ermənistanın Baş naziri Nikol Paşinyan onlayn mətbuat konfransında deyib.

Onun sözlərinə görə, o, görüşün noyabrın 15-nə təxirə salınmasını təklif etsə də, görüşün noyabrın 26-da üzbəüz keçirilməsi təklif olunub.

Paşinyan iki ölkənin müdafiə nazirləri arasında birbaşa əlaqənin yaradılmasına münasibət bildirərkən deyib ki, Ermənistan Azərbaycanla birbaşa təmaslardan yayınmayıb və bundan yayınmır. "Bu, "təxribat"ı kimin törətdiyini müəyyən etməyə imkan verəcək", - o bildirib.

Dekabrın 15-də Brüsseldə keçiriləcək görüşə toxunaraq, o qeyd edib ki, “humanitar məsələlər, o cümlədən məhbuslar” müzakirə olunacaq.

Noyabrın 26-da Soçidə keçiriləcək görüşə gəlincə, ona hazırlıq çoxdan gedir, Paşinyan deyib. Böhranların qarşısını almaq üçün Ermənistan və Azərbaycan nümayəndələri arasında təmaslar daha tez-tez olmalıdır.

Daha sonra Paşinyan Azərbaycanı “Zəngəzur dəhlizi” mövzusunu irəli sürərək kommunikasiyaların bloklanması üzrə danışıqları pozmağa çalışmaqda ittiham edib. “İrəvan Bakının bunu etməməsi üçün hər şeyi edəcək”, - o bildirib.

Paşinyanın sözlərinə görə, sərhədin demarkasiyası və delimitasiyası, Qarabağ problemi, kommunikasiyaların açılması ayrı məsələlərdir ki, onlar ayrıca müzakirə olunmalıdır.

Daha sonra Paşinyan mühüm etiraf etdi ki, 1991-ci ildə Ermənistan və Azərbaycan MDB-nin yaradılması prosesində və bəyannamə və dövlətlərarası saziş imzalayaraq “qarşılıqlı olaraq ərazi bütövlüyünü tanıyıblar”.

“O zaman Qarabağ problemi də var idi. Sual olunur: Qarabağ problemi ərazi problemidirmi? Bizim anlayışımıza görə, bu, huquq məsələdir”, - Paşinyan izah edib.

Kommunikasiyaların açılmasına gəlincə, yollar ölkələrin suverenliyi və ərazi bütövlüyü çərçivəsində işləyəcək və yollardan paritet istifadə oluna bilər, - Paşinyan dedi. (Turan İA)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam