Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

"İrəvan və Bakı müdafiə nazirləri səviyyəsində birbaşa əlaqə qurur"  

 

"İrəvan və Bakı müdafiə nazirləri səviyyəsində birbaşa əlaqə qurur" -    Paşinyan
         Ermənistan və Azərbaycan müdafiə nazirləri səviyyəsində birbaşa operativ əlaqə yaradıb.
Yenixeber.org: "Sputnik Armenia" xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan “Facebook” səhifəsində jurnalistlərin suallarını cavablandırarkən deyib.
“Avropa İttifaqının nümayəndələri ilə görüşdə daha bir təşəbbüs ortaya atıldı. Söhbət 2 ölkənin müdafiə nazirləri arasında birbaşa əlaqənin yaradılmasından gedir. Məqsəd insidentlərin qarşısını almaqdır” deyə Paşinyan əlavə edib.
Baş nazir bu təşəbbüsü bəyəndiyini və həmçinin bu cür ünsiyyətin regionda sabitliyin bərqərar olmasına töhfə verəcəyinə ümid etdiyini bildirib.
“Deyə bilərəm ki, artıq əlaqə yaranıb. Mən bunu yüksək qiymətləndirirəm. Bu çox vacibdir” deyə Ermənistanın Baş naziri vurğulayıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam