Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

Paşinyan -canlı efirdə sualları cavablandıracaq

Ermənistanın baş naziri Nikol Paşinyan jurnalistlərin və ictimai qurum təmsilçilərinin suallarını cavablandıracaq. Novator.az-ın məlumatına görə, baş nazir canlı ünsiyyətin noyabrın 23-ü saat 20-də özünün “Facebook” səhifəsində start götürəcəyini bəyan edib.

Yenixeber.org: Armeniasputnik.am bildirir ki, bu, son il yarımda baş nazirin “Facebook”da media və ictimai qurum təmsilçiləri ilə ilk ünsiyyəti olacaq.

1975-ci il təvəllüdlü Nikol Paşinyan Vətəndaş Sazişi Partiyasının sədridir, baş nazir postuna 2018-ci il mayın 8-də xalq hərəkatı dalğasında gəlib.

2018-ci il dekabrın 9-da keçirilmiş növbədənkənar parlament seçkisində Nikol Paşinyanın “Mənim addımım” bloku qələbə qazanaraq təkbaşına hökumət qurub.

2020-ci ilin noyabr ayından bir qrup müxalif partiya baş nazirin istefasını tələb edib. 2021-ci il aprelin 25-də Nikol Paşinyan və hökuməti növbədənkənar parlament seçkisi naminə istefaya gedib. Mayın 10-da qanunverici orqan buraxılıb, iyunun 20-nə növbədənkənar parlament seçkisi təyin olunub. 20 iyun seçkisində Vətəndaş Sazişi Partiyası 107 nəfərlik parlamentə 71 deputat yeri qazanaraq hökumət qurmaq hüququ əldə edib.

Avqustun 2-də yeni parlament fəaliyyətə başlayıb, həmin gün Nikol Paşinyan baş nazir postuna təyinat alıb. Onun hökumətində Mger Qriqoryan baş nazirin müavini, Ararat Mirzoyan xarici işlər naziri, Suren Papikyan müdafiə naziri, Karen Andreasyan ədliyyə naziri, Andranik Piloyan fövqəladə hallar naziri, Vaan Kerobyan iqtisadiyyat naziri, Tiqran Xaçatryan maliyyə naziri, Vaahn Xaçaturyan yüksək texnologiyalar sənayesi naziri, Qnel Sanosyan ərazi idarəçiliyi və infrastruktur naziri, Narek Mkrtçyan əmək və sosial məsələlər naziri, Anait Avanesyan səhiyyə naziri, Vaqram Dumanyan elm, təhsil, mədəniyyət və idman naziri, Romanos Petrosyan ətraf mühit naziridir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam