Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

20 ildən sonra ilk mülki təyyarə eniş edib-Cəlalabadda

Cəlalabadda 20 ildən sonra ilk mülki təyyarə eniş etdi

   20 ildən sonra ilk mülki təyyarə Nanqarhar əyalətinin paytaxtı Cəlalabad hava limanına enib. 
Yenixeber.org: Bu barədə yerli hakimiyyət nümayəndələrinə istinadən “Afganistan International” telekanalı məlumat yayıb.
Kanalın məlumatına görə, humanitar yük daşıyan təyyarə İrandan gəlib. Şəhərə altı ton düyü və dörd ton dərman gətirilib. Bu, İran hakimiyyətinin son üç ayda Əfqanıstana göndərdiyi doqquzuncu humanitar yardım təyyarəsidir.

Əyalət rəhbərliyinin bildirdiyinə görə, yaxın vaxtlarda Cəlalabad hava limanı daxili və beynəlxalq sərnişin reysləri üçün tam şəkildə fəaliyyətini bərpa edəcək.

Qeyd edək ki, 2001-ci ildən bu vaxtadək Cəlalabad hava limanı hərbi ehtiyaclar üçün istifadə edilirdi və NATO-nun əməliyyat bazasına çevrilmişdi.

“Taliban” hərəkatı Əfqanıstan üzərində nəzarəti ələ keçirdikdən sonra Cəlalabad tamamilə radikalların nəzarətinə keçib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam