Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

"Ümid edirəm ki, Təhsil Nazirliyi və ya digər qurumlar bu haqda da qərar qəbul edəcəklər" -ekspert

 

Azərbaycanda xüsusi təhsilə cəlb olunan 12 380 nəfərin valideynlərinə və yaxud digər qanuni nümayəndələrinə uşaqlarını xüsusi təhsil müəssisələrinə, sağlamlıq və reabilitasiya mərkəzlərinə və tibb müəssisələrinə aparıb-gətirmək üçün ayda ödənilən müavinətin məbləğinin 2,3 dəfə artırılaraq 22 manatdan 50 manata çatdırılması nəzərdə tutulub. Bu məsələ, "2022-ci il dövlət büdcəsi zərfi haqqında” qanun layihəsində əksini tapıb.

Yenixeber.org: Sənədə əsasən, pedoqoji profilli ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş 20 min nəfərə qədər gənc mütəxəssislərin kənd rayonlarındakı ümumi təhsil müəssisəsinə işə cəlb olunmalarının stimullaşdırılması məqsədilə onların kommunal xidmətləri və yaşayış yerinin kirayə haqqı üzrə verilən kompensasiyanın məbləği 50 faizi artırılaraq 60 manatdan 90 manata çatdırılacaq.

Əksər hallarda müəllimlərin müəyyən səbəblərdən kənd məktəblərində işləmək istəmədiyinin şahidi oluruq. Bu qərar həmin müəllimlərə seçimlərinin dəyişməsində nə dərəcədə stimul ola bilər?

Sualımızı cavablandıran təhsil eksperti Elçin Əfəndi “Sherg.az”a rayon məktəblərində işləməyə gedən müəllimlər üçün “H2” əmsalının hesablandığını bildirib:

“Yəni mövcud əmək haqqının ikiqatı veriləcək. İndiki qərara əsasən orada qalacaq müəllimlərə veriləcək kirayə haqqının və əlavə xərclərin miqdarı artdı. Bu artım da gələcəkdə müəllimlərin növbəti Müəllimlərin İşə Qəbul(MİQ) imtahanlarında rayonlarda yaradılmış vakant yerləri seçiməsinə mühüm tövhə verəcək. İndiyə qədər daha çox Bakı və Bakı ətrafı vakant yerlər seçilirdi. Ucqar dağ kəndlərində olan məktəblərə maraq göstərilmirdi. Düşünürəm ki, bu qərardan sonra həmin yerlərdən üç vakant yer çıxarılsa, onun biri, ikisi seçiləcək. Bu qərar sırf onların yaşam şəraiti, kirayə xərcləri ilə bağlıdır”.

Ekspert tədris üçün kənd məktəblərinə üz tutan müəllimlərin əmək haqlarında da artımın olmasının vacib olduğunu vurğulayıb:
“Bu, onların gələcəkdəki seçimlərinə daha effektiv təsir göstərər.Ümid edirəm ki, Təhsil Nazirliyi və ya digər qurumlar bu haqda da qərar qəbul edəcəklər”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam