Yenixeber.org: “Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında” qərarında dəyişiklik edilib.


 Bu barədə Nazirlər Kabinetinin yeni qərarında qeyd olunub.

Qərara görə, pedaqoji profilli ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş yaşı 35-dək olan gənc mütəxəssislərin kənd rayonlarında yerləşən ümumi təhsil müəssisələrinə işə cəlb olunmasının stimullaşdırılması və həmin müəssisələrdə pedaqoji kadr tələbatının ödənilməsi məqsədi ilə dövlət sifarişinə əsasən ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan və 3 (üç) il müddətində həmin təhsil müəssisəsində fəaliyyətini davam etdirən gənc mütəxəssislər fəaliyyətlərini digər kənd rayonlarının təhsil müəssisəsində davam etdirəcəkləri təqdirdə də, kommunal xidmətləri və yaşayış yerinin kirayə haqqını ödəmək üçün verilən 60 manat məbləğində kompensasiyanı alacaqlar.