Redaktor seçimi
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
Günün xəbəri

Bu ixtisaslar üzrə təhsil xərcləri artırıldı-Ali məktəblərdə

Ali məktəblərdə bu ixtisaslar üzrə təhsil xərcləri artırıldı

 

Bu il sentyabrın 1-dən dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində hüquqşünaslıq ixtisası üzrə hər bir təhsilalana düşən təhsil xərci 23 faizə qədər artırılıb.
 Yenixeber.org: Bu, Nazirlər Kabinetinin "Ali təhsil müəssisələrində və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” qərarında əksini tapıb.
Başqa sözlə, bu ixtisas üzrə bakalavriat səviyyəsində təhsilalanlara düşən təhsil xərci 1620 manatdan 2100 manata, magistratura səviyyəsində 1680 manatdan 2180 manata qaldırılıb.
Ali məktəblərin bakalavriat səviyyəsində müalicə işi və hərbi həkim işi ixtisasları üzrə hər bir təhsilalana düşən təhsil xərci 17 faizə qədər artırılaraq 4500 manatdan 5400 manata çatdırılıb.  Tibbi profilaktika, əczaçılıq və stomatologiya ixtisasları üzrə hər bir təhsilalana düşən təhsil xərci də 17 faizə qədər artırılıb və 4000 manatdan 4800 manata yüksəlib.
Magistratura və rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisaslar üzrə hər bir təhsilalana düşən təhsil xərci isə daha çox - 29 faizə qədər artaraq 4000 manatdan 5600 manata çatıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam