Redaktor seçimi
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
Günün xəbəri

İngiltərə “AstraZeneca” və “Pfizer”lə peyvəndlənən Azərbaycan vətəndaşlarının -COVID pasportlarını tanıyacaq

İngiltərə “AstraZeneca” və “Pfizer”lə peyvəndlənən Azərbaycan vətəndaşlarının COVID pasportlarını tanıyacaq

1 noyabr 2021-ci il tarixdən etibarən “Oxford-AstraZeneca”, “Pfizer-BioNTech”, “Moderna” və “Johnson&Johnson” peyvəndlərinin hər iki dozasını qəbul etmiş Azərbaycan vətəndaşlarının COVID-19 pasportu İngiltərədə tanınacaq.

Yenixeber.org: Bu barədə Britaniya hökumətinin saytında məlumat verilib.

Qaydaya görə, sərnişinlər peyvəndin ikinci dozasını səyahətdən azı 14 gün əvvəl qəbul etməlidirlər. Vaksin sertifikatları ingilis dilində olmalı, şəxsin adı, doğum tarixi, vaksini nə zaman və harada qəbul etdiyi ilə bağlı məlumatlar yazılmalıdır. Bundan başqa, qaydalara əsasən, Azərbaycandan səyahət edən şəxslər İngiltərəyə daxil olarkən sərnişin lokator formaları doldurmalı, İngiltərəyə çatdıqdan iki gün sonra isə PCR və ya “lateral flow” test adlanan daha ucuz testlərdən verərək neqativ nəticə almalıdırlar.

Qeyd edək ki, bundan öncə Azərbaycanın vaksin sertifikatları Britaniyada keçərli olmadığı üçün səyahət edən şəxslər İngiltərədə azı 5 gün karantin rejiminə əməl etməli idi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam