Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Azərbaycana 432 min doza -"AstraZeneca" peyvəndi ayrılıb

Azərbaycan COVID-19 əleyhinə 432 min doza "AstraZeneca" peyvəndi qəbul edəcək.

Yenixeber.org: Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regionu üzrə ofisinin rəhbəri Hans Kluqenin mətbuat brifinqində APA-nın sualına cavab olaraq bildirilib.

ÜST-ün regional məsləhətçisi Siddhartha Datta deyib ki, artıq "AstraZeneca" peyvəndi Azərbaycana ayrılıb və bununla bağlı martın 2-də COVAX məlumat yayıb.

"Azərbaycan 432 min doza "AstraZeneca" peyvəndini qəbul edəcək. Bununla bağlı artıq qeyd etdiyim kimi məlumat yayılıb və bu ölkə peyvəndi tezliklə alacaq”, - deyə o qeyd edib.

ÜST nümayəndəsinin sözlərinə görə, peyvəndin ayrılması və tədarükü, peyvəndin çatdırılması müvafiq şəkildə tənzimlənir.

O əlavə edib ki, digər vacib məqam COVAX-da iştirak edən ölkələrin iqtisadiyyatı ilə bağlıdır: “Ölkələrin hər birinin iqtisadi durumu fərqlidir. Peyvəndlərin ayrılması və ədalətli bölüşdürülməsi ilə bağlı proses davam edir".

"Pfizer-BionTech"lə peyvəndi ilə bağlı S. Datta bildirib ki, Azərbaycan bu vaksinə də marağını ifadə edib: “Lakin bildiyiniz kimi, bu peyvəndin müəyyən limiti var. "Pfizer"in öhdəlik və tələbləri Azərbaycanın bu peyvəndi qəbul edən 18 ölkənin siyahısına daxil edilməsinə imkan verməyib".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam