Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Koçaryanın deputatını tribunadan sürüyüb saldılar -VİDEO

““Ermənistanın gələcəyi Qarabağdan asılıdır” şüarı doğru deyil”.

Yenixeber.org: Bu fikri Ermənistanın hakim partiyasından olan millət vəkili Viqen Xaçatryan deyib. Bununla da Nikol Paşinyan komandasının üzvü olan deputat Ermənistandakı revanşistlərin Qarabağa dair populist çıxışlarının yolverilməz olduğunu və bu mövzudan hakimiyyət uğrunda mübarizədə istifadə olunmasını qeyri-etik hesab etdiyini bildirib.

Lakin Robert Koçaryanın partiyasını təmsil edən deputat Qeqam Manukyan parlament tribunasına çıxaraq, V.Xaçatryanı “satqın” adlandırıb və “kim Qarabağdan imtina edirsə və onu unudursa, satqındır” deyib. Bunu bir neçə dəfə təkrarlayandan sonra iclasa sədrlik edən vitse-spiker Ruben Rubinyan onun çıxışına müdaxilə edərək, “kimdir satqın” deyə soruşub. Manukyan isə bu sözləri V.Xaçatryanın dediklərinə cavab olaraq söylədiyini deyib. Bundan sonra vitse-spiker ondan tribunanı tərk etməsini tələb edib. Lakin Manukyan imtina etdiyi üçün Rubinyan mühafizə xidmətini çağırıb və xidmətin əməkdaşları Koçaryanın adamının “mitilini atıblar bayıra”.

Xatırladaq ki, buna qədər də bir neçə dəfə Ermənistan parlamentində hakim partiya ilə müxalifət arasında qarşıdurma yaşanıb və Koçaryanın adamlarının tribunadan qovulması artıq adi hal alıb.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam