Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Manukyan -Paşinyanın rəhbərliyi ilə seçkilər ən böyük rüsvayçılıq olacaq

Manukyan: Paşinyanın rəhbərliyi ilə seçkilər ən böyük rüsvayçılıq olacaq

“Bu gün belə bir dağınıq vəziyyətdə olan Ermənistan seçkilərə hazır deyil”.

Yenixeber.org: "Newsarmenia" xəbər verir ki, bunu Ermənistanın müxalif “Vətən qurtuluşu üzrə Hərəkatı”nın liderlərindən biri, baş nazir vəzifəsinə müvəqqəti namizəd Vazgen Manukyan deyib.

Manukyan bir sıra yerli televiziya şirkətlərinə müsahibəsində hazırkı baş nazir Nikol Paşinyanın təşkilatçılığı və rəhbərliyi ilə növbədənkənar parlament seçkilərinin keçirilməsinə qarşı qəti etiraz edib.

"Bu seçkilər böhranı həll etməyəcək, əksinə, onu dərinləşdirəcək. Ölkəni məhvə aparan, müharibəni uduzan Nikol Paşinyan seçkilərə rəhbərlik etsə, o zaman özümüzü digər ölkələr qarşısında rüsvay edəcəyik, öz hörmətimizi və özümüzə inamımızı itirəcəyik", - siyasətçi vurğulayıb.

Manukyan əlavə edib ki, əgər Paşinyan müəyyən miqdarda səs yığsa və yenidən baş nazir olsa, onda bütün dünya Ermənistana güləcək. Onun sözlərinə görə, Paşinyanın seçkiqabağı təşviqatın başlanğıcına qədər yerini dəyişildirilməsi əhəmiyyətlidir.

"Bizim qarşımızda məhz bu vəzifə dayanır. Nikol xalqı atmalıdır, bu, xalqda özünə əminliyi qaytaracaq", - Manukyan deyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam