Redaktor seçimi
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
Günün xəbəri

PAŞİNYAN SEÇİLSƏ PREZİDENT O OLACAQ -Koçaryanın da prezidentliyə namizədi bəllidir

Ermənistanda keçiriləcək növbədənkənar seçkidən sonra təkcə yeni baş nazir deyil, yeni prezidentin də kimliyi məlum olacaq. 

Yenixeber.org: Belə ki, tərəflərin heç biri hazırkı prezident Armen Sarkisyanla işləmək istəmir və parlament uğrunda mübarizə aparan əsas namizədlərin – Nikol Paşinyan və Robert Koçaryanın hərəsinin prezidentliyə öz namizədi var.

Erməni mətbuatı Nikol Paşinyanın qalib gələcəyi təqdirdə prezident postunu Xalq Parityasının sədri Stepan Dəmirçyana vəd etdiyini yazıb. Stepan Dəmirçyan 1999-cu ildə Ermənistan parlamentində güllələnən spiker Karen Dəmirçyanın oğludur.

 

 

S.Dəmirçyanı Paşinyandan əvvəl birinci prezident Levon Ter-Petrosyan da öz tərəfinə çəkməyə çalışıb. Lakin bu mövzuyla bağlı məlumat dərc edən “Qraparak” qəzeti yazır ki, Dəmirçyan nə Ter-Petrosyanın, nə də Paşinyanın digər rəqiblərinin təkliflərini qəbul etməyib.

Qəzet bildirir ki, o, Paşinyanın vədini ciddi qəbul edib. Lakin Paşinyan bunun əvəzində Dəmirçyandan onun hökumətini və partiyasını tənqid etməməsini, əksinə, Robert Koçaryanın üstünə getməsini istəyib. Son günlərdə baş verənlər isə prezident postu ürəyincə olan Dəmirçyanın Paşinyanla razılaşdığını təsdiqləyir. Belə ki, onun ən nüfuzlu silahdaşlarından olan Qriqor Arutunyan artıq bir neçə gündür ki, Robert Koçaryanı öz müsahibələrində və çıxışlarında sərt tənqid etməyə başlayıb.

 

 

Qəzet Robert Koçaryanın da prezidentliyə namizədinin bəlli olduğunu yazıb. Qəzetin məlumatına görə, Koçaryan qalib gəlsə, növbəti prezident Vazqen Manukyan olacaq. Xatırladaq ki, Manukyan revanşist qüvvələrin ən həyasız nümayəndələrindən biri sayılır və müharibədən sonrakı dövrdə 17 partiyanın birləşdiyi müxalif hərəkatın baş nazirliyə vahid namizədi olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam