Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Manukyan -Ermənistanın baş naziri ola bilər

Manukyan Ermənistanın baş naziri ola bilər
Baş nazir Nikol Paşinyanın istefasını tələb edən Ermənistan müxalifətinin bu vəzifəyə Vazgen Manukyanın namizədliyini irəli sürməsi təsdiqlənib.
Yenixeber.org: Bu barədə Milli Təhlükəsizlik Xidmətinin sabiq direktoru, “Vətən” partiyasının lideri Artur Vanetsyan bildirib.

"On yeddi partiya “Vətənin qurtuluş Şurası”nı yaradaraq Vazgen Manukyanın baş nazir vəzifəsinə namizəd göstərilməsinə qərar verdi”, - deyən Vanetsiyan əlavə edib. Onun sözlərinə görə, sabiq baş nazirin böyük siyasi təcrübəsi var.

"Manukyanın partiya fəaliyyətini dayandıracağına dair qərar qəbul edilib. O, iştirak etməyəcəyi erkən parlament seçkiləri keçirəcəyinə söz verdi".

Xatırladaq ki, Paşinyanın istefasını tələb edən müxalifət müvəqqəti baş nazir təyin etmək, daha sonra növbədənkənar seçkilər keçirmək niyyətindədir.

Manukyan 1990-1991-ci illərdə Ermənistanın baş naziri olub. 1992-1993-cü illərdə müdafiə naziri vəzifəsində çalışıb. 1996-cı ildə prezident seçkilərində iştirak edib və keçmiş prezident Levon Ter-Petrosyanı nəticələrini saxtalaşdırmaqda günahlandırıb. 1990-cı illərin əvvəllərində Manukyan Milli Demokratik İttifaqı” partiyasını qurub və rəhbərlik edib. 2009-2019-cu illərdə Ermənistan İctimai Şurasının sədri olub.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam