Redaktor seçimi
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
Günün xəbəri

Tarixçiləi Ağdamda simpozium keçirəcək

Azərbaycanın Ermənistan üzərində zəfəri ilə əlaqədar olaraq sentyabrın 15-18-də dövlət müstəqilliyinin 30 ilində "Azərbaycan-Türkiyə əlaqələri və beynəlxalq münasibətlər" mövzusunda beynəlxalq simpozium keçiriləcək.

Yenixeber.org: Tədbir Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix institutu və Türkiyənin Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumu və Atatürk Araşdırma Mərkəzi tərəfindən reallaşdırılacaq.

Ağdam Rayon İcra Hakimiyyəti ilə birlikdə baş tutacaq simpoziumda Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumu və Atatürk Araşdırma Mərkəzinin rəhbərləri ilə birgə, Türkiyə və Azərbaycandan 30-dan çox tarixçi-alim iştirak edəcək.

Simpozium iştirakçıları sentyabrın 15-də Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını, sonra isə Şəhidlər xiyabanında Bakının azad edilməsinin ildönümü münasibətilə türk şəhidləri və 20 Yanvar şəhidləri abidələrini ziyarət edəcək və simpoziumun keçiriləcəyi, işğaldan azad edilmiş Ağdam rayonuna yola düşəcək.

Simpozium sentyabrın 16-da Ağdamda öz işini davam etdirəcək.

Simpoziumda "Azərbaycan Respublikasının müstəqillik dövr tarixi", "Qarabağ Zəfərinə doğru gedən prosesdə Türkiyə-Azərbaycan strateji əlaqələri", "Batum müqaviləsindən (4 iyun 1918) Şuşa Bəyannaməsinə (15 iyun 2021) Türkiyə-Azərbaycan əlaqələri" və digər mövzular üzrə məruzələr dinləniləcək.

Simpozium iştirakçılarının azad edilmiş ərazilərə səfərləri də nəzərdə tutulur.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam