Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

UNESCO-nun koordinatoru Bakıya gələcək

UNESCO-nun koordinatoru Bakıya gələcək

Oktyabrın 25-27-də Bakıda keçiriləcək “Keçə sənətində kəsişmə nöqtələri” mövzusunda üçüncü Beynəlxalq “Türk dünyasının ortaq dili – naxışlar” simpoziumu çərçivəsində dekorativ-tətbiqi sənət sahəsində dünyaca məşhur mütəxəssislər ölkəmizə gələcək

Yenixeber.org: Xalça Muzeyindən  bildirilib ki, simpozium çərçivəsində “Keçəçilik ənənə kimi”, “Keçə müasir incəsənətdə”, “Keçə moda dünyasında bir trend kimi” mövzularında müzakirələr aparılacaq. Simpozium çərçivəsində iki tematik sərgi, ustad dərsləri, keçə məhsullarının yarmarkası və feşn-şou (fashion show) təşkil olunacaq.

Simpoziumun beynəlxalq səviyyəli nüfuzlu iştirakçılarından biri Qırğızıstan Rəssamlar İttifaqının üzvü, UNESCO-nun qeyri-maddi mədəni irs üzrə eksperti, sənətkarlığın inkişaf etdirilməsi üzrə ekspert Dinara Çoçunbayevadır. Dinara Çoçunbayeva beynəlxalq simpoziumda “Qırğız keçələri: ala-kiyiz və şırdak” mövzusunda məruzə ilə çıxış edəcək.

Məlum olduğu kimi, Qırğızıstanda keçəçilik əsas xalq sənətkarlıq növlərindən biridir və buna görə də bu sənət növü əhəmiyyətini heç vaxt itirməyib. Rəssam, ictimai xadim və art menecer Dinara Çoçunbayeva özünü bu sahədə həm Qırğızıstanda, həm də beynəlxalq səviyyədə parlaq surətdə göstərib. O, həmçinin “Ənənəvi Qırğız şırdak keçəsi” kitabının müəllifidir.

Hazırda Dinara Çoçunbayeva Qırğızıstanda Mərkəzi Asiyanın Sənətkarlığa dəstək üzrə Assosiasiyasının Resurs Mərkəzinin rəhbəri (CACSARC-kg) və 2004-cü ildən UNESCO-nun Mərkəzi Asiya üzrə mükafat proqramının koordinatorudur. O, 2006-cı ildə məqsədi Mərkəzi Asiya xalqlarının sənətkarlıq və ənənəvi mədəniyyətlərinin qeydiyyat siyahısının tərtib edilməsi olan "Sənətlər və ənənəvi biliklər" İctimai Fondunu təsis edib.

Qeyd edək ki, Mədəniyyət Nazirliyi və Azərbaycan Xalça Muzeyinin təşkilatçılığı ilə keçiriləcək beynəlxalq simpoziumun məqsədi türk dünyasının ümumi irsi sayılan keçə sənətinə həsr edilən elmi-tədqiqat işlərinin ideya mübadiləsi, bu sənət növünün adət və ənənələrinin qorunması, öyrənilməsi, ona marağın dirçəldilməsi, eləcə də, müxtəlif sahələrdə tətbiq edilməsidir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam