Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Hansı ixtisas qrupu üzrə daha çox yerin boş qaldığı məlum olub

Hansı ixtisas qrupu üzrə daha çox yerin boş qaldığı məlum olub

Birinci mərhələdən sonra I ixtisas qrupu üzrə 13.2%, II ixtisas qrupu üzrə 14.59%, III ixtisas qrupu üzrə 1.32%, IV ixtisas qrupu üzrə 9.87%, V ixtisas qrupu üzrə isə 9.54% plan yeri boş qalıb.

Yenixeber.org: Bu barədə ali təhsil müəssisələrinə qəbulun nəticələrinə dair bəzi statistik məlumatlarda (I mərhələdən sonra) qeyd olunub.

Statistik məlumata görə, I və II ixtisas qrupu üzrə boş qalan plan yerlərinin sayının (müvafiq olaraq 2040 və 1971 yer) daha çox olacağı əvvəlcədən məlum idi. Belə ki, müsabiqə şərtlərini (ümumi 200, imtahanının 2-ci mərhələsi üzrə 100 bal) ödəyən və ixtisas seçiminə buraxılanların sayı mövcud plan yerlərinin sayı ilə müqayisədə az idi.

Ən gərgin müsabiqə vəziyyətinin III qrupda formalaşacağı proqnoz edilmişdi. Nəticələrdən də görürük ki, bu qrup üzrə plan yerləri 98.68% dolub və cəmi 169 yer boş qalıb. IV qrupda da müsabiqə iştirakçılarının sayı plan yerlərindən az idi. Burada boş qalan yerlərin sayı 391, xüsusi qabiliyyət tələb edən V qrupda isə 161 yerdir.

I ixtisas qrupu üzrə müsabiqədə iştirak edib ali təhsil müəssisələrinə qəbul olmayan abituriyentlərin imtahan ballarının paylanması haqqında məlumata baxdıqda görürük ki, ümumi balı 200-dən və imtahanının ikinci mərhələsi üzrə balı 100 az olmayan cəmi 8 abituriyent ali təhsil müəssisəsinə qəbul ola bilməyib. Onlar boş qalan yerlərin müsabiqəsinə qoşula bilərlər. 150 və 50 bal şərtini ödəyib qəbul ola bilməyənlərin sayı isə 2068 nəfərdir. Lakin həmin ixtisaslar (abituriyentlər şərti olaraq 150 ballıq ixtisaslar deyir) üzrə plan yerləri tam dolub və bu abituriyentlər müsabiqə şərtlərinə əsasən boş qalan plan yerlərinin seçimində iştirak edə bilməzlər.

II ixtisas qrupunda 200 və 100 ballıq şərtləri ödəyib qəbul ola bilməyənlərin sayı 37, 150 və 50 bal şərtini ödəyənlərin sayı isə 69 nəfərdir. Bu abituriyentlərin hamısının ikinci turda iştirak edib qəbul olunmaq şansları hələ də var.

III ixtisas qrupu ümumi balı 200-dən və imtahanının ikinci mərhələsi üzrə balı 100 az olmayan 557 abituriyent ali təhsil müəssisəsinə qəbul ola bilməyib. Həmin şəxslər boş qalan yerlərin (169 yer) müsabiqəsinə qoşula bilərlər. 150 və 50 bal şərtini ödəyib qəbul ola bilməyənlərin sayı isə 1680 nəfərdir. Lakin həmin ixtisaslar üzrə də plan yerləri tam dolub və bu abituriyentlər müsabiqə şərtlərinə əsasən boş qalan plan yerlərin seçiminə buraxılmırlar.

IV ixtisas qrupu üzrə müvafiq göstəricilər 81 və 90 nəfərdir. Burada isə 81 nəfərlə yanaşı 90 nəfərin də müəyyən ixtisaslar üzrə boş qalan yerlərin müsabiqəsində iştirak etmək imkanları var.

Ayrıca ali təhsil müəssisələrinə gəldikdə I mərhələdən sonra tələbə qəbulu aparılan 42 ali təhsil müəssisəsinin 4-də plan yerləri 100 %, 15 ali təhsil müəssisəsində 90%-dən, 17 ali təhsil müəssisəsində isə 80%-dən çox dolub. Ümumiyyətlə, qəbul aparılan ixtisasları xüsusi qabiliyyət tələb edən Bakı Xoreoqrafiya Akademiyası istisna olmaqla, digər ali təhsil müəssisələrinin plan yerləri 75%-dən çox dolub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam