Redaktor seçimi
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Günün xəbəri

“Bu qrupda 200 balla pulsuz ali təhsil almaq olar” -Prezident təqaüdünü kimlər alacaq?

"I ixtisas qrupu üzrə 9866 nəfər abituriyent 200-dən çox bal toplayıb, qrup üzrə 150-dən çox bal toplayan abituriyentlərin sayı isə 15052 nəfərdir".

Yenixeber.org: Bu barədə təhsil eksperti Kamran Əsədov nəticələri təhlil edərkən bildirib. Ekspert xatırladır ki, 2020-ci ildə I qrupda 200-dən çox bal toplayan 10 343 nəfər, 150-dən çox bal toplayanların sayı isə 15 373 nəfər abituriyent olub.

"2021-ci ildə I ixtisas qrupu üzrə 15 758 plan yeri ayrılıb ki, onun da 10 112 plan yeri ödənişsiz plan yeridir. 2020-ci ildə isə 14 924 plan yeri ayrılmışdı ki, onun da 9290 plan yeri ödənişsiz idi", - deyə təhsil eksperti qeyd edib. Onun sözlərinə görə, I qrupda müsabiqə şərtlərini ödəyən abituriyentlərin hamısı qəbul ola bilər. "Hətta I qrupda 200 balla dövlət universitetlərində pulsuz ixtisasa qəbul olmaq olar", - Kamran Əsədov vurğulayıb.

I ixtisas qrupu üzrə 650-dən çox bal toplayanların sayı 178-də çox olub: "600-dən çox 640, 550-dən çox 1224, 500-dən çox 1894 abituriyent bal toplayıb ki, 2020-ci ildə 650-dən çox 179, 600-dən çox 611, 550-dən çox 1189, 500-dən çox 1903 abituriyent bal toplamışdı".

Kamran Əsədovun sözlərinə görə, I ixtisas qrupu üzrə Prezident təqaüdünü 685-dən çox bal toplamış abituriyentlər ala biləcək. Ekspert qeyd edib ki, bu il I ixtisas qrupu üzrə nəticələr 2020 illə müqayisədə ciddi fərqlənir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam