Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Kür çayının sahilində -narkotik yetişdirən üç nəfər şəxs saxlanılıb

 

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Yenixeber.org-a verilən məlumata görə, RPŞ-nə Kür çayının rayonun Kürqaraqaşlı kəndi ərazisindən keçən hissəsinin sahilində narkotik tərkibli bitkilərin kultivasiya edilməsi barədə əməliyyat məlumatı daxil olub.

Dərhal qeyd edilən ərazi əməliyyat nəzarətinə götürülüb. Keçirilən əməliyyat tədbirləri nəticəsində çayın sahilində narkotik vasitələrin kultivasiyası ilə məşğul olan həmin kənd sakinləri Müşfiq Dadaşov və Zaman Süleymanov çətənə bitkilərinə qulluq edən zaman “iş başında” saxlanılıblar. Həmin əraziyə keçirilən baxış zamanı 4 kiloqramdan artıq marixuana və 39 ədəd çətənə kolu aşkar olunaraq götürülüb. Əvvəllər də narkotiklərə görə həbs olunan hər iki şəxs izahatlarında narkotiklərin kultivasiyası ilə məşğul olduqlarını etiraf ediblər.

Şöbə əməkdaşları tərəfindən Kür çayının sahilində keçirilən digər bir uğurlu əməliyyat tədbiri nəticəsində eyni əməllə məşğul olan Kürqaraqaşlı kənd sakini Kamal Zeynalov da saxlanılıb.

Qeyd edilən ərazidə baxış zamanı oradan K.Zeynalov tərəfindən xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş 19 ədəd çətənə kolu aşkarlanaraq maddi sübut kimi götürülüb və ekspertizaya təqdim olunub.
Aşkar olunan faktlarla bağlı Salyan RPŞ-nin İstintaq Bölməsində cinayət işləri başlanılıb, istintaq və əməliyyat tədbirləri davam etdirilir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam