Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

İsmayıllıda -narkotik vasitələrin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb

 

 

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində narkotik tərkibli bitkilərin aqrotexniki qaydada qulluq edilərək yetişdirilməsi ilə məşğul olan şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan yenixeber.org-a verilən məlumata görə,  rayonun Qubaxəlilli kəndində Emil Quliyevə məxsus fərdi yaşayış evində  çətənə kollarının becərilməsi barədə Polis Şöbəsinə əməliyyat məlumatı daxil olub. Həmin ünvan əməliyyat nəzarətinə götürülüb və keçirilən tədbirlər nəticəsində E.Quliyev iş başında, yəni narkotik tərkibli bitkilərə qulluq edərkən saxlanılıb. Həyətyanı sahəyə baxış keçirilən zaman oradan ümumi çəkisi 3 kiloqrama yaxın olan 25 ədəd çətənə kolu aşkarlanıb və onlar qablaşdırılaraq maddi sübut kimi götürülüb. Saxlanılan şəxs ifadəsində narkotik vasitələrin kultivasiyası ilə məşğul olduğunu etiraf edib.

Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, E.Quliyev təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam