Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Hacıqabulda -narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olan 3 nəfər şəxs saxlanıldı

 

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb edilmələri istiqamətində bir neçə əməliyyat tədbiri həyata keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan yenixeber.org-a verilən məlumata görə, daxil olan əməliyyat məlumatları əsasında rayon sakinləri Vasif Cəfərov və Novruz Atamoğlanov şöbə əməkdaşları tərəfindən saxlanılıblar. Şəxsi axtarış zamanı hər iki şəxsdən narkotik maddə olan heroin aşkar olunaraq götürülüb.

Keçirilən digər bir əməliyyat zamanı isə rayon ərazisində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Əziz Əzizov saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilən zaman həyətyanı sahədən xüsusi aqrotexniki qayda ilə qulluq edilərək yetişdirilmiş 22 ədəd çətənə kolu aşkarlanaraq götürülüb.

Faktlarla bağlı Hacıqabul Rayon Polis Şöbəsində cinayət işləri başlanılıb, araşdırmalar aparılır.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam