Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Avropa -hərbi acizliyini etiraf edir

Avropa    hərbi acizliyini    etiraf edir
Süddeutsche Zeitung: "Avropa ölkələri ABŞ-ın köməyi olmadan özünü müdafiə edə bilməz".
Yenixeber.org: Əfqanıstanda baş verən hadisələr göstərdi ki, Avropa ölkələri müstəqil şəkildə müdafiə oluna bilmir və bu sahədə ABŞ-a tam etibar edir. Bu barədə “Süddeutsche Zeitung" nəşri yazıb.

Jurnalist Daniel Bresslerin dediyinə görə, bu, Kabil hava limanından insanların təxliyəsi zamanı aydın şəkildə özünü göstərdi.

"NATO üzvlərindən heç biri ABŞ-ın göstərişi olmadan bir addım ata bilməz. Aydın oldu ki, qoşunların çıxarılması məsələsində Almaniya, Fransa və Böyük Britaniyanın istəkləri ikinci dərəcəlidir", - müəllif yazır.

O, qeyd edir ki, hələ 2017-ci ildə keçirilən seçki kampaniyası zamanı Almaniya Federal Kansleri Angela Merkel Avropa liderlərini öz ölkələrinin təhlükəsizliyini təmin etmnək üçün daha böyük məsuliyyət daşımağa çağırmışdı.

"Almaniya və digər ölkələrin hərbi büdcələrinin artmasına baxmayaraq, NATO daxilində güc balansında heç nə dəyişməyib", - Bressler vurğulayıb.

Onun fikrincə, ABŞ Prezidenti Co Bayden Köhnə Dünyaya daha az maraq göstərir. Amerika Birləşmiş Ştatları Avropa ilə əlaqələri dayandırsa, onu ciddi riskə atacaq, - o əlavə edib.

Xarici missiyalarda çalışan xarici vətəndaşların və əfqanların təxliyəsi ABŞ ordusu və digər NATO ölkələrinin əsgərlərinin qoruduğu Kabildakı yeganə hava limanı vasitəsi ilə həyata keçirilir.

Cümə axşamı günü Əfqanıstanın paytaxtında Amerika əsgərləri də daxil olmaqla təxminən 200 nəfərin öldüyü terror hücumu baş verib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam