Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

“Dəfn mərasimləri dövlət hesabına təşkil olunacaq”

 

"Bakıda yaşayış binasındakı yanğın nəticəsində həlak olanların ailələrinə müavinətlərin verilməsi məsələsi təcili həll olunacaq"

"Xeberinfo.com":   Trend-ə istinadən xəbərə görə, bunu jurnalistlərə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.
O, qeyd edib ki, yanan binanın sakinlərini yerləşdirmək üçün pansionatlarda həmin ailələrin sayından iki dəfə çox yer var: 
"Dövlət Sərhəd Xidmətinin 10 koteci, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Bilgəhdəki 2 koteci, 60 otağı, Həmkarlar İttifaqları Konfederasiyasının Buzovnadakı pansionatı həmin ailələri qəbul etməyə hazırdır. Kim haranı istəsə, orada da yerləşdiriləcək. Həmin ailələr qida və geyimlə təmin olunacaq. Bununla bağlı heç bir problem yoxdur. Sakinlər tam yerləşdirilənədək həmin pansionatlarda qala biləcəklər. Cənab Prezident sakinlərin təcili yerləşdirilməsi ilə bağlı tapşırıq verdi. Bu gün hadisə ilə əlaqədar yaradılmış dövlət komissiyasının iclası oldu".
Nazir bildirib ki, hazırda hər bir zərər çəkmiş ailəyə maliyyə vəsaitinin verilməsi məsələsi həll olunur: "Həlak olanların dəfn mərasimləri dövlət hesabına təşkil olunacaq, onların ailələrinə müavinətləriin verilməsi məsələsinə təcili baxılıb həll olunacaq".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam