Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Rusiyalı ekspert: -"Ermənistan üçtərəfli işçi qrupda iştirakı bərpa etməyib"

 

Rusiyalı ekspert: Ermənistan üçtərəfli işçi qrupda iştirakı bərpa etməyib

“Seçkiqabağı dövrdə Ermənistan üçtərəfli işçi qrup çərçivəsində iştirakını birtərəfli qaydada dayandırmışdı. Lakin Nikol Paşinyan baş nazir vəzifəsini tam olaraq icra etməyə başladıqdan sonra bu komissiyanın tərkibində öz iştirakını bərpa etmək üçün barmağını belə tərpətməyib”.

Yenixeber.org: Bunu Rusiya bürosuna tarixçi və hərbi ekspert Oleq Kuznetsov bildirib.

Onun sözlərinə görə, hazırda nə institusional, nə də praktikada münaqişəsonrası həll prosesi həyata keçirilmir. Sərhəddə atışma hallarının artması isə vəziyyətin daha da kəskinləşməsinə səbəb ola bilər.

Kuznetsov qeyd edib ki, bütün Ermənistan-Azərbaycan sərhədi boyunca rusiyalı sülhməramlıların yerləşdirilməsi haqqında erməni tərəfinin təklifinə gəlincə, bu, iki səbəbdən mümkün deyil.

"Birincisi, Azərbaycan ərazisində Rusiya sülhməramlılarının dislokasiya yeri kimi Qarabağ ərazisi müəyyən edilib və onların yeri dəyişdirilə bilməz. Rusiya sülhməramlılarının sayı isə 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanat əsasında müəyyən edilib və o da dəyişdirilə bilməz. Bundan başqa, sərhədçilərin hərbi-xidməti fəaliyyəti sərhəd xətti boyunca təşkil edilir, o isə hələ müəyyən edilməyib”, - deyə o bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam