Redaktor seçimi
Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var:
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Günün xəbəri

Paşinyanın bu inanılmaz addımına hazır olun -Kuznetsov

Paşinyanın bu inanılmaz addımına hazır olun - Kuznetsov

Bir daha bu mövqeyimdə qalıram və aradan keçən müddət sübut etdi ki, müşahidələrimdə yanılmamışam. Dediyim kimi, əgər Ermənistan Baş Qərargahının rəisi general-polkovnik Onik Qasparyan həqiqətən Paşinyanı hakimiyyətdən kənarlaşdırmaq istəsəydi, o, anlaşılmaz bəyanatlar verməzdi. O, Paşinyanı girov götürərək hakimiyyətdən imtina etmək barədə sənədləri imzalamağa məcbur edə, hakimiyyətin ötürülməsinin guya qanun çərçivəsində olduğunu nümayiş etdirə bilərdi.

Yenixeber.org: Bu sözləri açıqlamasında məşhur rusiyalı tarixçi, hərbi ekspert Oleq Kuznetsov İrəvanda keçirilən mitinqləri şərh edərkən deyib.

Onun sözlərinə görə, İrəvanda hazırda hərbi çevriliş elementləri müşahidə olunmur:

“Əsgərlər kazarmalardadır, parlament, hökumət və televiziya binası, dövlət bankı və ölkənin digər kredit-maliyyə qurumları ordu tərəfindən nəzarətə alınmayıb, internet kəsilməyib, aeroportlar da bağlanmayıb. Erməni Baş Qərargah rəisinin Paşinyanı istefaya çağırması baş nazirin tərəfdarları ilə əleyhdarları arasında qarşıdurmanın yenidən vüsət almasına səbəb olub, ordunun özü isə kənarda qalıb. Erməni hərbçiləri bu ölkədə mövcud olan xaosun bir hissəsi olduqları üçün onu dayandırmağa qadir deyillər, generallar isə bu fonda sabah vəzifələrindən məhrum olmamaq üçün bu gün “siyasət” oynamaq qərarına gəliblər”.

Kuznetsov bildirib ki, Ermənistan silahlı qüvvələrinin ali komandanlığı son dərəcə aşağı olan peşəkarlığı ilə şübhəsiz ki, ötən ilin payızında Azərbaycanla müharibədə məğlubiyyətin əsas səbəbidirlər:

“Bundan sonra Ermənistan ordusunun bütün generalları istefaya göndərilməli idi. Onlar isə öz növbəsində tutduqları vəzifə müddətinin sona çatdığını çox yaxşı başa düşürlər. Bu səbəbdən Nikol onları vəzifədən azad etmədən öncə generallar baş nazirin özünün hakimiyyətdən uzaqlaşdırılmasında iştirak etmək qərarına gəliblər”.

Həmsöhbətimiz qeyd edib ki, Paşinyan ölkədə baş qaldıran generalların cəzasını (fiziki deyil, karyera cəhətdən) verəcək və sonrakı aylar ərzində Qarabağ klanı və ona bağlı olan milyonçuları aktivləri ilə ittiham edəcək:

“Köhnə elitaların məhv edilməsi prosesinin dünya birliyi, xüsusilə də Rusiya diasporu üçün gözəgörünməz olması üçün Paşinyan Qarabağ ideyasından tamamilə imtina edə bilər. Bəlkə də belə bir perspektiv kiməsə fantastik görünür, lakin ona hazır olmaq lazımdır”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam