Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

“Paşinyan özünü Səddam Hüseyn kimi apardı” -Rusiyalı ekspert

“Paşinyan özünü Səddam Hüseyn kimi apardı” -  Rusiyalı ekspert
Nikol Paşinyan Rusiyanın "İsgəndər" raketlərinin səmərəliliyinin aşağı olduğunu deyib. Bəlkə Ermənistan ordusunun peşəkarlıq səviyyəsi aşağı olub?
Yenixeber.org: Bunu rusiyalı hərbi ekspert İqor Korotçenko Tvitter hesabında yazıb.

O bildirib ki, Azərbaycanın mülki yaşayış məntəqələrinin raket hücumunun hədəfi seçilməsi cinayətdir.

Korotçenkonun sözlərinə görə, Rusiya "İsgəndər" raket kompleksi və digər silahların bundan sonra Ermənistana tədarükünə yenidən baxmalıdır.

"KTMT-nin müttəfiqi olan bu ölkə belə silahları istifadə etməklə özünü tamamilə qeyri-sivil, Səddam Hüseyn kimi apardı. "İsgəndər" bu ölkənin (Ermənistan-red) təhlükəsizliyinin qarantı olan Rusiyanın Ermənistandakı hərbi bazasında qalmalıdır. Ermənistan ordusu siyasi və peşəkar planda onların istismarına hazır deyil".

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin Qarabağ müharibəsində Azərbaycana qarşı "İsgəndər" əməliyyat-taktiki raket sistemindən istifadə etdiyini, lakin raketlərin partlamadığını bildirib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam