Redaktor seçimi
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
Günün xəbəri

Baş naziri döyüb, istefaya göndərdilər

Tunisin baş naziri Hiçem Meçiçini prezident sarayında döyüblər və istefa verməyə məcbur ediblər.

Yenixeber.org: Bu barədə "The Middle East Eye" məlumat verib, hadisə digər mənbələr tərəfindən təsdiqlənməyib.

Qəzetin yazdığına görə, Meçiçi prezident Kais Saidin iqamətgahına çağırılıb və burada ondan hökümət başçısı vəzifəsindən könüllü olaraq ayrılmasını tələb ediblər. O, imtina edəndən sonra naməlum şəxslər onu döyərək ciddi xəsarətlər yetirib. Nəticədə baş nazir Səidin tələb etdiyini yerinə yetirməyə məcbur olub.

Rəsmi açıqlamasında Mecici, dövlət quruluşuna xələl gətirməyəcəyini, səlahiyyətlərini dövlət başçısı tərəfindən təyin ediləcək növbəti baş nazirə verməyə hazır olduğunu açıqlayıb və varisinə uğurlar arzulayıb.

İyulun 26 –da Kais Səid hökuməti buraxıb, parlamentin işini dondurub, millət vəkillərini toxunulmazlıqdan məhrum edıb və parlament sədrinə ölkəni tərk etməyə qadağan edib. Qərar ölkədəki hökumət əleyhinə iğtişaşlar və kütləvi antikorrupsiya tədbirləri fonunda qəbul edilib.

Bundan əlavə Tunisdə sərhəd nəzarəti gücləndirilib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam