Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bu ölkədə hökumət istefa verib

 

Pavel Filipin baş naziri olduğu Moldova hökuməti istefa verib. Ölkənin Demokratiya Partiyası yeni baş nazir Mayya Sandunun xeyrinə bu cür qərar çıxarıb.

Yenixeber.org: Yerli mətbuat xəbər verir ki, bu barədə Kişineuda keçirdiyi brifinqdə partiyanın sədrinin müavini Vladimir Çebortar məlumat verib. “Biz ölkəni təhlükədən xilas etmək üçün hökumətdən imtina etdik. Yaxın saatlarda Pavel Filip hökumətin rəsmən istefasını açıqlayacaq”,- deyə Çebortar bildirib.

Artıq bir həftədir Moldovada siyasi gərginlik hökm sürür. Moldova Konstitusiya Məhkəməsi parlamenti buraxmaq və növbədənkənar seçkilər keçirmək üçün ölkə prezidentinin səlahiyyətlərinin müvəqqəti icrasının baş nazir Pavel Filipə həvalə olunması barədə qərar verib. Bununla da İqor Dodonun prezidentlik səlahiyyətləri dondurulub.

Konstitusiya Məhkəməsi parlamentin yeni baş nazirin və spikerin təyin olunmasına dair qərarlarını da ləğv edib.

Moldovada növbədənkənar parlament seçkiləri sentyabrın 6-da keçiriləcək. Bu barədə prezidentin səlahiyyətlərini icra edən baş nazir əvəzi Pavel Filip fərman imzalayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam