Redaktor seçimi
Aygün Əliyevaya "DUR" deyən olacaqmı?! -
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Günün xəbəri

Dördüncü dalğa güclü olacaq? -Professor açıqladı

Dördüncü dalğa güclü olacaq? - Professor açıqladı

Avropada dördüncü koronavirus dalğası qaçılmazdır, ancaq əvvəlkilər qədər güclü olmayacaq.

Yenixeber.org: Bu barədə Belçika Louvain Universitetinin immunologiya professoru Jan-Luk Qala danışıb. Mütəxəssisin sözlərinə görə, yeni ştamm səbəbindən koronavirus infeksiyası hallarının sayı ciddi şəkildə artır. Odur ki, peyvəndlər “delta” və “delta plus” variantlarına qarşı daha az təsirli olur:

“Epidemiyanın gərginləşməsi çox sürətli şəkildə baş verə bilər. Məsələn, Fransada gündəlik yoluxma sayı azalsa da, bir müddət sonra yenidən artım qeydə alınıb. 28 iyunda 509 yoluxma idi, 3 iyulda isə 3000 nəfərə çatdı. Dördüncü dalğa qaçılmaz ola bilər. Yəqin ki, bu, payızda baş verəcək.

“Delta” ştammı və ötürülməsi haqqında daha çox məlumata ehtiyac var. Bundan başqa, koronavirus müalicəsinin aspektini də unutmayın. Erkən mərhələdə dərmanlar təsirli ola bilər.

Məhdudiyyətlərin çox tez aradan qaldırılması bizi geri atsa da, nəticədə Avropada kütləvi immunitetə qovuşacağıq”.

Jan-Luk Qala qeyd edib ki, bəşəriyyətin hər il qrip virusu kimi revaksinasiyaya ehtiyacı ola bilər.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam