Redaktor seçimi
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Günün xəbəri

Cəlil Məmmədquluzadənin -Tbilisidəki ev muzeyinin bərpası sürətləndiriləcək

Cəlil Məmmədquluzadənin Tbilisidəki ev muzeyinin bərpası sürətləndiriləcək

Mədəniyyət naziri Anar Kərimov Tbilisidə görkəmli azərbaycanlı ədib Cəlil Məmmədquluzadənin ev muzeyini ziyarət edib.

Yenixeber.org: O, muzeyin hazırkı vəziyyəti ilə tanış olub.

Nazirə məlumat verilib ki, muzey 1998-ci ildən fəaliyyət göstərir və ikimərtəbəli binada 10 ailə yaşayır.

Sakinlər bildiriblər ki, ekspertlərin rəyinə əsasən, bina üçüncü dərəcəli qəzalı vəziyyətdədir. Qeyd olunub ki, Tbilisi meriyası binanın divarlarının möhkəmləndirilməsinə tələb olunan vəsaitin 95 faizini öz üzərinə götürməyə hazırdır. Bu işlərə tələb olunan xərclərin təkrar hesablanmasına ehtiyac yaranıb.

A.Kərimov deyib ki, muzeyin bərpası, eksponatların yenilənməsi məsələsi diqqət mərkəzində saxlanılacaq: "Muzeyin təmir-bərpası Gürcüstan qanunvericiliyinə müvafiq olaraq həyata keçirilməlidir. İnteryerin tərtibatına azərbaycanlı mütəxəssislər də cəlb oluna bilər".

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev muzeyin ilkin vəziyyətinə uyğun bərpasının önəmini vurğulayıb. O, binada möhkəmləndirmə işlərinin sürətləndirilməsi üçün Tbilisi meriyası ilə danışıqlar aparılacağını qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam