Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

"Ölkədə siyasi repressiyalar başlayıb" -"Ermənistan" bloku

Sabiq president Robert Koçaryanın rəhbərlik etdiyi "Ermənistan" bloku ölkədə siyasi repressiyaların başladığını bildirib.

Yenixeber.org: Ermənistan mediası xəbər verir ki, bu barədə blokun mərkəzi seçki qərargahının nümayəndəsi Aram Vardevanyanın feysbukda paylaşdığı bəyanatda deyilir.

O, bildirib ki, baş nazir səlahiyyətlərinin müvəqqəti icraçısı Nikol Paşinyanın həmrəyliyin təzahürü haqqında danışması uzaqda deyil. Artıq qərargah üzvləri növbədənkənar parlament seçkilərində "Ermənistan" blokunun komandasının üzvləri olan icmalardan çoxsaylı siqnallar alırlar.

Qeyd edilir ki, icmalarda vəzifə tutan bütün üzvlər təhdidlər vasitəsilə öz ərizələri ilə istefaya getməyə məcbur edilirlər.

Lori administrasiyasında belə tələb Odzun icmasının başçısı Arsenə Titanyana qarşı irəli sürülüb. O, qubernatorun tələbini yerinə yetirməkdən imtina etdikdə vilayət administrasiyasının binasında döyülüb.

Blok hadisəni kəskin qınayıb və müqəssirlərin cəzalandırılması üçün bütün tədbirləri görəcəyini bildirib. “Əgər hakimiyyət belə təcrübədən imtina etməsə, onda yeni siyasi böhranın əsasını qoyacaq”, - bəyanatda vurğulanır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam