Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Köçəryan Mərkəzi Seçki Komissiyasını məhkəməyə verib

Sabiq prezident Robert Köçəryanın lideri olduğu "Ermənistan” bloku Mərkəzi Seçki Komissiyasına qarşı məhkəmə iddiası qaldırıb.

Yenixeber.org: Yerli KİV-lər bildirir ki, Blok məhkəmənin MSK-nın 19 iyun qərarını qismən etibarsız hesab etməsini və hakim "Vətəndaş müqaviləsi" partiyasına xəbərdarlıq etməsi tələbini irəli sürüb.

Xatırladaq ki, “Ermənistan” bloku 17 iyun tarixində MSK-ya müraciət edərək, seçki kampaniyası dövründə “Vətəndaş müqaviləsi” partiyasının inzibati resurslardan, xüsusən də çox sayda polis işçisindən, xidməti avtomobillərdən, mətbuat xidməti işçilərindən və hətta rəsmi "Facebook" səhifəsindən istifadə etdiyini bildirib.

19 iyun tarixində MSK Blokun şikayətini rədd etmək barədə qərar çıxarıb.

Ermənistanda iyunun 20-də erkən parlament seçkiləri keçirilib. Səsvermənin nəticələrinə görə, Nikol Paşinyanın "Vətəndaş müqaviləsi" partiyası səslərin demək olar ki, 54% -ni qazanaraq böyük fərqlə qalib gəlib. "Ermənistan" bloku 21,4%, "Şərəfim var" bloku 5,23% səs alıb. Bu üç qüvvə yeni parlamentdə təmsil olunacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam