Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Paşinyanın seçki xərcləri narazılıq yaradıb

 

Paşinyanın seçki xərcləri narazılıq yaradıb
Ermənistanın baş naziri səlahiyyətlərinin icraçısı Nikol Paşinyanın rəhbərlik etdiyi “Mənim addımım” bloku ötən gün keçirilən növbədənkənar parlament seçkilərində rəqiblərindən və digər siyasi partiyalardan daha çox pul xərcləyib.
 Yenixeber.org: Bu barədə Ermənistan Seçki Komissiyasının nəzarət-yoxlanış xidmətinin rəhbəri Tiqran Babikyan jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, qanunla nəzərdə tutulmuş müddətdə seçkilərdə iştirak edəcək bütün siyasi qüvvələr Mərkəzi Bankda öz fondlarını açıblar və onlarla bağlı məlumat təqdim ediblər.

Aparılan hesablamalar nəticəsində məlum olub ki, Paşinyanın bloku seçkilərdəki təbliğat-təşviqat kampaniyiası üçün 268 milyon 590 min 708 dram (təqribən 558 min ABŞ dolları) xərcləyib.

Paşinyanın əsas rəqibi, sabiq prezident Serj Sarkisyanın sərdlik etdiyi Respublikaçılar partiyası 127 milyon 342 min dram, “Çiçəklənən Ermənistan” partiyası 102 milyon 671 min dram, “İşıqlı Ermənistan” partiyası 51 milyon 105 min dram, “Daşnaksütyun” 47 milyon 86 min dram, “Biz” bloku 31 milyon 459 min dram, “Sasna Tsrer” 14 milyon 315 min dram xərcləyiblər. Təşviqat kampaniyasına ən az pul xərcləyən partiya isə “Milli inkişaf” olub - 489 min 400 dram.

Ermənistanın bəzi KİV-ləri yazır ki, Paşinyanın qələbə üçün xərclədiyi pulun böyük hissəsi dövlət vəsaitləri hesabına başa gəlib. Bundan əvvəl AŞPA-nın Ermənistandakı seçki müşahidə missiyası da Paşinyanın təbliğat üçün dövlət resurslarını cəlb etməsini tənqid etmişdi.

Qeyd edək ki, Ermənistan Mərkəzi Seçki Komissiyası (MSK) ötən gün keçirilən növbədənkənar parlament seçkilərinin yekun nəticələrini açıqlayıb. Baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanın "Mənim addımım" bloku 70,43% (884 min 456) səslə qələbə qazanıb. "Çiçəklənən Ermənistan" 8,27% (103 min 824), "İşıqlı Ermənistan" 6,37% (80 min 24) səs toplayıb. Sabiq prezident SerjSarkisyanın lideri olduğu Respublikaçılar partiyası isə 4,7 faiz səs toplayaraq 5 faizlik həddi keçə bilməyib. Bu səbəbdən də, onlar parlamentdə təmsil olunmayacaqlar.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam