Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Jurnalistlər -Suqovuşan su anbarının vəziyyəti ilə tanış olacaqlar

Jurnalistlər Suqovuşan su anbarının vəziyyəti ilə tanış olacaqlar

Azərbaycanın bir qrup jurnalistinin Suqovuşan su anbarına səfəri başlayıb.

Yenixeber.org: "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin nümayəndəsi Dilqəm Şərifov bildirib ki, səfərin məqsədi işğaldan azad edilmiş Suqovuşan su anbarının mövcud vəziyyəti ilə tanışlıq və gələcəkdə anbarda aparılacaq infrastruktur işləri ilə bağlı ətraflı məlumat verməkdir.

O bildirib ki, Suqovuşan su anbarının azad edilməsi ilə bir neçə rayonun su təminatı problemi həll edilib: "Suqovuşan su anbarı Tərtər rayonunun ərazisində, Tərtərçay çayı üzərində yerləşir. 1976-cı ildə istismara verilmiş su anbarı Tərtərçay Turaqaçay çaylarından daxil olan suların hesabına formalaşır. Ümumi həcmi 5,86 milyon kbm olan su anbarından ümumilikdə 96 217 hektar torpaq sahələrinin, o cümlədən Tərtər rayonunun 29 317, Ağdərə rayonunun 14 380, Goranboy rayonunun 6 938, Yevlax rayonunun 4 918, Bərdə rayonunun 7 778, Ağdam rayonunun 30 886 və Ağcabədi rayonunun 2 000 hektar əkin sahələrinin suvarma suyu ilə təmin olunması nəzərdə tutulub".

O deyib ki, su anbarı 28 il ərzində işğal altında olduğundan torpaq sahələrinin su təminatında ciddi çətinliklər yaranıb: "Bununla yanaşı, suyun buraxılmaması çayda kəskin ekoloji problemlər yaradıb. Ərazidə ekoloji tarazlıqın bərpa edilməsi ilə yanaşı, uzun illərdən bəri su təminatı çətin olan bu ərazilərə suyun verilməsi, burada gələcəkdə əkinlərin davamlı aparılmasına, su qıtlığının aradan qaldırılmasına, kənd təsərrüfatında yüksək məhsuldarlığın əldə edilməsinə təminat yaranıb".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam