Redaktor seçimi
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var:
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Günün xəbəri

Hindistan çayı bahalaşacaq-SƏBƏB

Hindistanda bu il həm quraqlıq, həm də COVID-19 pandemiyası səbəbindən çay məhsulu ciddi problemlərlə üzləşir.

Yenixeber.org: Çay istehsalında lider mövqeyə malik Əssəm ştatının ən azı 90 çayçılıq təsərrüfatında 500-dək koronavirusa yoluxma halı qeydə alınıb. Bununla yanaşı, Əssəm ştatı və ölkənin şimal-şərq regionunda çay becərilən bölgələrdə quraqlıq olub.

İstehsalçılar bildirirlər ki, koronavirusun qarşısı alınmasa, bu hal qiymət artımına gətirib çıxaracaq. “Van Rees” şirkətinin məlumatına görə, Hindistanın şimal bölgəsində çay istehsalı cari ilin mart ayında 47 milyon kiloqram olub ki, bu da ötən ilin müvafiq dövründən çox, amma 2019-cu ilinkindən xeyli azdır. “Mintec” analitik mərkəzinə görə, aprel ayında ən böyük ixracat mərkəzi olan Kəlkətədəki hərraclarda çay əvvəlki aya nisbətən 40 faizdən də çox baha olub.

Çindən sonra ikinci çay istehsalçısı olan ölkə Hindistanda ötən ay əlverişsiz hava və koronavirus səbəbindən bir neçə həftəlik fasilə olub və istehsalat xeyli ziyan görüb. Ekspertlərə görə, Hindistanın üzləşdiyi çətinliklər Şri Lanka kimi çay istehsalçısı olan ölkələr üçün əlavə fürsətlər yarada bilər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam