Redaktor seçimi
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Günün xəbəri

Bu ölkədə koronavirusa yoluxmada yeni antirekord qeydə alındı

Hindistanda ötən sutka ərzində COVID-19 infeksiyasına 414 min 188 yoluxma aşkarlanıb. Bu, dünya üzrə COVID-19 virusuna gündəlik ən çox yoluxma sayıdır.

Yenixeber.org: Hindistan Federal Səhiyyə Nazirliyinin yaydığı məlumatda belə deyilir.

Qeyd olunur ki, artıq 3-cü sutkadır Hindistanda yoluxma sayı 400 mindən çox olur.

Son 24 saatda ölkədə COVID-19 infeksiyası səbəbindən həm də 3 min 915 ölüm qeydə alınıb.

Pandemiyanın 2-ci və daha ağır dalğasının müşahidə olunduğu Hindistanda indiyədək COVID-19 infeksiyasına 21,49 milyon yoluxma, bu xəstəlikdən 234 min 83 ölüm qeydə alınıb. Aktiv xəstələrin sayı 3,6 milyondan çoxdur. Ekspertlər Hindistanda faktiki yoluxma sayının rəsmi rəqəmlərdən daha yüksək olduğunu bildirirlər.

Ölkədə virusa yoluxma hallarının sürətlə çoxalması səbəbindən bəzi ştatlar qapanma rejimini uzadıb, məhdudiyyətləri çoxaldıb. Bir çox istiqamətlərdə qatarların hərəkəti dayandırılıb. Bundan başqa, Hindistan ilə gediş-gəlişi dayandıran ölkələrin sayı artır.

Xəstəxanalarda çarpayı və tibbi ləvazimat çatışmazlığı davam edir.

Mütəxəssislər Hindistanda yoluxma sayının sürətlə çoxalmasının COVID-19 virusunun daha təhlükəli variantının (B.1.617) yayılması, habelə son aylar ştat seçkiləri daxil olmaqla kütləvi siyasi və dini tədbirlərin keçirilməsi ilə bağlı olduğunu bildirirlər. COVID-19 virusunun Hindistan variantı virusun orijinal variantından daha təhlükəlidir. Belə ki, bu variantın yoluxuculuq dərəcəsi daha yüksəkdir və daha ölümcüldür. Bundan başqa, vaksinlərin qoruyuculuq qabiliyyətinə üstün gələ bilir.

Qeyd edək ki, Hindistan yoluxanların ümumi sayına görə ABŞ-dan sonra ikinci, ölüm sayına görə isə Birləşmiş Ştatlar və Braziliyanın ardından 3-cü sıradadır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam