Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Paşinyanın atası türkdür? -Azərbaycanlı siyasətçidən AÇIQLAMA

 

“Köçəryanın atasının azərbaycanlı olmağı doğrudur, Paşinyanın türk mənşəli olmağı isə Rusiya tərəfindən ortaya atılmış və Ermənistanın müxalif mətbuatında tirajlanmış cəfəngiyyatdır”.

Yenixeber.org: Bu sözləri Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.

Onun sözlərinə görə, Rusiya çalışır ki, Paşinyanı Ermənistanda nüfuzdan salsın:

“Rusiyanın seçkiqabağı belə qarayaxmaları ortaya atmasının səbəbi yenidən Robert Köçəryanı hakimiyyətə gətirmək istəməsidir. Bir sözlə, bizim qələbəyə kölgə salmaq niyyətindədir.

Biz  Köçəryanın çıxış və görüşlərini təhlil edəndə görürük ki, Dağlıq Qarabağı və ətraf rayonları geri qaytaracağı barədə xalqa vədlər verir. Görünən odur ki, Rusiya da onu dəstəkləyir. Hələ tutulanda Putin Paşinyanı məcbur etmişdi ki, onu azadlığa buraxsın”.

“Amma Paşinyan yenidən hakimiyyətdə qalsa, qərbyönümlü siyasət yürüdəcək. O cümlədən Azərbaycan və Türkiyə ilə münasibətləri yaxşılaşdırması haqqında vədlər verməsi hər iki ölkənin xeyirinə olacaq”, – deyə H.Hacıyev bildirib./modern/


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam