Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

“Bu, Ermənistanın siyasi ölümü demək olacaq” -"Paşinyanın Köçəryanın bütün ambisiyalarını zərərləşdirəcək potensialını görürəm"

 

Rusiyalı ekspert: “Qərb Paşinyanın hakimiyyətə gəlməsinə çox pul yatırdı və Köçəryanın onu devirməsinə imkan verməz”

Yenixeber.org: Fevralın 2-də İrəvan məhkəməsi Ermənistanın keçmiş Prezidenti Robert Köçəryanın 3-8 fevral tarixlərində ölkədən çıxmasına icazə verdi. Keçmiş Prezidentin ofisi Köçəryanın Moskvaya uçacağını bildirdi. Aydın məsələdir ki, Köçəryan Moskvaya, daha çox Kreml elitası ilə razılığa gəlmək, dəstək almaq və sonra Paşinyana qarşı erkən seçkilərə hazırlaşmaq üçün gedir.

 

Mövzuya dair, rusiyalı tanınmış politoloq Oleq Kuznetsov ilə həmsöhbət olmuşuq.

 

- İrəvan məhkəməsi Robert Köçəryanın ölkəni tərk etməsinə icazə verdi və bundan dərhal sonra ofisi eks-prezidentin Moskvaya uçmalı olduğunu bildirdi. Sizcə, o, Prezident seçilmək üçün müəyyən dairələrdən təsdiq almaq üçün Moskvaya uçur?

 

- Köçəryanın Rusiyada öz biznesi var, onu İrəvandan uzun müddətə idarə etmək mümkün deyil, buna görə də onun biznes varlığını itirməmək üçün təcili olaraq Rusiyaya getməsi zərurəti istisna edilməməlidir. Hesab edirəm ki, bu amil onun üçün vətəninin gələcəyinə olan qayğıdan daha vacibdir. Bundan əlavə, Rusiyadakı erməni diasporunun işinin birbaşa Ermənistanla deyil, Qarabağla əlaqəli olmasını da unutmaq olmaz.

 

Qarabağ üçün Qərbi Avropa, Amerika və Orta Şərq ermənilərindən alınan bütün pullar, Köçəryan və ətrafı tərəfindən həm öz bizneslərini qorumaq, həm inkişaf etdirmək, həm də rus məmurlarına rüşvət vermək üçün Rusiyaya göndərilirdi. Siyasi ambisiyaları elan etmək üçün, Köçəryan əvvəlcə özü üçün kifayət qədər sayda seçici almaq, maliyyə baxımından hansı mənbələrə sahib olduğunu anlamalıdır. İndiyə qədər, onun, başa düşdüyüm qədər, Ermənistanın siyasi həyatında ilk rollarda fəal iştirak etmək üçün mənbələri yoxdur. Moskva səfəri Köçəryanın tam olaraq nəyə arxalana biləcəyinə dair bir cavab verməlidir.

 

Ermənistanda ən yüksək dövlət postlarına namizədliyi üçün Kremlin siyasi dəstəyinə gəlincə, bu dəstəyin şəxsən ona veriləcəyinə əmin deyiləm. İstintaq təcridxanasını elə-belə deyil, nəyinsə müqabilində tərk edib. Heç kim onun biznes varlığına toxunmayıbsa, deməli sərbəst buraxılması üçün bəzi siyasi sirləri bölüşməli idi. Paşinyan bu sirləri bilir, ona görə Kremlin onu Ermənistanda hakimiyyətdən kənarlaşdırmaq üçün göstərdiyi bütün səylərə baxmayaraq, Köçəryandan, arxasında duran Rusiya-Ermənistan siyasətinin bütün incəliklərini öyrənərək Baş nazir postunda özünü tamamilə rahat və inamlı hiss edir.

 

Və bu “çirkli paltarlardan” hansısa fakt Paşinyan tərəfindən dünya mətbuatında ifşa olunarsa, bu, Kremlin maraqlarına uyğun olmayacaq. Buna görə Köçəryanın İrəvandan Moskvaya getməsinin onun Ermənistandan son mühacirətinin başlanğıcı olması ehtimalını istisna etmirəm.

 

- Bundan əlavə, Ermənistanın bütün keçmiş prezidentləri, eləcə də müxalifət liderləri bir toplantı keçiriblər və onsuz da Paşinyanı devirmək üçün erkən seçkilərə getməyə hazırdırlar. Robert Köçəryan onların lideri olmalıdır. Ancaq bir çox erməninin köhnə komandanın yenidən hakimiyyətə qayıtmasından qorxduğunu nəzərə alsaq, Robert Köçəryanın seçkilərdə Paşinyanı məğlub etmə şansı nə qədər yüksəkdir?

 

- Şansı, ümumiyyətlə yoxdur. Qarabağ klanına İrəvan erməniləri nifrət edir və Paşinyan hakimiyyəti devirmək aksiyasına rəhbərlik etdikdə, ölkə əhalisinin, təxminən dörddə üçü tərəfindən dəstəklənirdi. Paşinyanın əsas məqsədinin Ermənistandakı elitaları dəyişdirmək olduğunu bildirdiyi xalqa yeni il müraciətini xatırayın. Əslində bu, Qarabağ klanının və müttəfiqlərinin İrəvan oliqarxiyası arasından dövlət və ictimai həyatın bütün sahələrindən çıxarılmasıdır və adi ermənilər, əmlakın yenidən bölüşdürülməsini və öz dividend çörəklərini alacaqlarına ümid edirlər. Paşinyanın dəstək reytinqi, Azərbaycanla müharibədə məğlub olmasına baxmayaraq, çox aşağı düşmədi, addımları Ermənistan əhalisinin üçdə ikisindən dörddə üçünə qədər bəyənildi.

 

Bəzən elə təəssürat yaranır ki, Paşinyan generalların qaçılmaz məğlubiyyət barədə bütün xəbərdarlıqlarına baxmayaraq, Qarabağdakı hərbi hissələri təhqir etmək üçün müharibəni qəsdən təxirə salmadı. Bu, döyüş meydanında maksimum hərbi texnika və şəxsi heyəti itirən Qarabağ klanının silahlı dəstəkdən məhrum olaraq, Ermənistandakı daxili siyasi vəziyyətə təsir edə bilməmələri üçün edilirdi. Paşinyan Ermənistandakı elitaları dəyişdirmək üçün Qarabağın məğlubiyyətini bilərəkdən və qəsdən istədi və Azərbaycan könüllü və ya istər-istəməz bu işdə ona kömək etdi, bu da, əslində Paşinyanın Dağlıq Qarabağla bağlı müharibədən sonrakı danışıqlarda dözümlülüyünü izah edir.

 

- Buna baxmayaraq Köçəryan qalib gəlsə, bu revanşizm siyasətinin qələbəsidir: yenidən danışıqlar aparmalı və ya mövcud şərtlərlə razılaşmalı olacaq?

 

- Mən belə bir perspektivə inanmıram və müzakirə etmək istəmirəm. Qərb Paşinyanın Ermənistanda hakimiyyətə gəlməsinə çox pul yatırdı və Köçəryanın onu konstitusiya və ya konstitusiyaya zidd yollarla rəhbərlikdən uzaqlaşdırmasına imkan verməz. Paşinyanı Ermənistanda hakimiyyətə gətirən şəbəkə, təsir quruluşları aradan qalxmayıb, hələ də xaricdən maliyyələşir və bu səbəbdən, əvvəllər Köçəryana güvənən Respublikaçılar Partiyasının təsirinə məruz qalan cəmiyyətin bu təbəqələrinə təsirlərini qoruyurlar. Köçəryan yalnız bir addır, Qarabağ hərbi birləşmələri Azərbaycan ordusu tərəfindən məhv edilib. Köçəryanın Paşinyanı devirə biləcəyi mənbələrə sahib olduğunu görmürəm, eyni zamanda Paşinyanın Köçəryanın bütün ambisiyalarını zərərləşdirəcək potensialını görürəm. Bu barədə saytınıza artıq bir dəfə demişəm və bir daha təkrar edəcəm: yalnız öldürülməsi Paşinyanı hakimiyyətdən uzaqlaşdıra bilər. Ancaq indiki şərtlərdə bu, Köçəryanın və Ermənistanın da siyasi ölümü demək olacaq.(ayna.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam