Redaktor seçimi
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
Günün xəbəri

Qazi: "Heç yerdə işə götürmürlər, ya özümü yandıracağam, ya asacağam" –VİDEO

"Məni heç yerdə işə götürmürlər, artıq həyatımdan bezmişəm. Ya özümü yandıracağam, ya asacağam. Artıq yaşamaq istəmirəm".
Yenixeber.org: Bu sözləri Cəlilabad rayonunun Günəşli kənd sakini, Vətən müharibəsi qazisi Abbasov Ruslan Mətləb oğlu saytımıza müraciəti zamanı deyib. O bildirib ki, Silahlı Qüvvələrin Baş Klinik Hospitalında hərbiyə yararsız yazılması üçün ondan rüşvət istəyiblər: 
“Sentyabr ayının 21-dən könüllü olaraq döyüşlərdə iştirak etmişəm. Oktyabr ayının 9-u isə yaralanmışam. Məni gətirdilər xəstəxanaya. Oktyabrın 24-ü məni “Papanin”ə (Silahlı Qüvvələrin Baş Klinik Hospitalı) göndərdilər. “Papanin”də mənə hərbiyə yararlı olduğuma dair arayış verdilər. Məndə kəllə-beyin travması var, durduq yerə əsəbləşirəm, əlim-qolum əsir. Mənə qrup (əlilliyə dair) yazmaq üçün pul istəyir. Deyir, gətir 6 mini ver, səni yararsız kimi qeyd edim. Mənim 6 minim olsa kreditimi ödəyərdim. Dərdimi kimə deyim? “Papanin”də leytenant var, adı Əlidir. Dedi, 5 min manatım olsa, mənə əlillik qrupu təyin elətdirir. Mən gedib o torpağın üstündə canımı qoyacağam, gələcəyəm buraya, məndən pul istəyəcəklər. Əgər mənə pensiya düşürsə, verin, ailəmi saxlayım”.
R. Abbasov videomüarciətdə sözügedən şəxsin telefon vasitəsilə rüşvət istəməsinin səs yazısını da təqdim edib. Səs yazısında, qarşı tərəfin ondan pul götürməsini, rüşvət tələb olunması ehtimalına qarşı hazırlıqlı gəlməsini istədiyi eşidilir:

Vətən müharibəsi qazisi bildirib ki, yenicə ailə qurub və heç bir yerdən gəliri olmadığı üçün maddi cəhətdən çətinlik çəkir:
“Dolanışığım yoxdur, evim başıma uçur. Ailəm qardaşımın evində qalır. Hara gedirəm, adamın üzünə deyirlər ki, sən işə yararsızsan. Məşğulluqdan o gün mənə zəng ediblər ki, gəl süpürgəçi işlə. Əgər mən hərbiyə yararlıyamsa, məni aparın hərbidə işləyim, öz ailəmi saxlayım. Buna görə getmişdim döyüşə? Əvvəl yenə mühafizəçi kimi işləyirdim”.
İddialarla bağlı Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.(yeniavaz)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam