Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Azərbaycandakı narkomanları rəsmi sayı -AÇIQLANIB

 

“Hazırda Respublika Narkoloji Mərkəzində qeydiyyatda olan narkotik maddə istifadəçilərinin sayı 33 788-dir. Onlardan 618-i qadın, doqquzu 15-17 yaşlarda, 12 969-i isə 18-34 yaşlar arası pasiyentlərdir”.

Yenixeber.org: Bunu Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin (RNM) şöbə müdiri Pərvin Məmmədov “Tibb qəzeti”nə müsahibəsində deyib.

Onun sözlərinə görə, ötən il qeydiyyatda 32 921 nəfər olub.

“Amma bu artımı ölkədə narkotik maddə istifadəçilərin sayının artması kimi qəbul etmək də düzgün olmaz. Düşünürəm ki, bu, Narkoloji Mərkəzə müraciətlərin sayında olan dəyişiklikdir. Yəni biz bunu mərkəzdə aparılan müalicəyə olan inamın artması kimi dəyərləndiririk”.

Şöbə müdiri bildirib ki, son dövrlər edilən müraciətlərə əsasən deyə bilərik ki, polinarkomaniya, yəni iki və daha artıq sintetik, yarımsintetik və təbii narkotik vasitələrin birlikdə qəbulu halları çoxalıb.

“Psixostimulyatorlar qrupundan sintetik psixoaktiv maddə olan metamfetaminin və opiatların birlikdə qəbulu istifadəçilərin sinir sistemində kəskin pozuntular yaradır. Belə hallarda həkim-narkoloqlarla yanaşı, müalicədə həkim-psixoterapevt və həkim-nevropatoloqlara ciddi ehtiyac duyulur”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam