Redaktor seçimi
Aygün Əliyevaya "DUR" deyən olacaqmı?! -
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Günün xəbəri

"Vaksin vurdursan belə, COVİD-19 virusunu daşıya bilərsən" -Adil Allahverdiyev

Vaksin vurdursan belə, COVİD-19 virusunu daşıya bilərsən, belə şəxslər özləri üçün təhlükə yaratmasalar belə, ətrafdakılar üçün təhlükə yarada bilərlər.

Yenixeber.org: Bunu Vəli Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev deyib.

Onun sözlərinə görə, vaksin vurdurub-vurdurmamasından, xəstəlik keçirib-keçirməməsindən asılı olmayaraq, tibbi maskadan istifadə edilməldiir və o, bizim gündəlik həyatımızda norma olmalıdır.

Professor hesab edir ki, hər kəs maskanı davamlı olaraq istifadə edərsə, sərt karantin qaydalarının tətbiqinə də ehtiyac qalmaz: "Bu gün tələb olunan budur ki, qaydalara əməl edilsin, maskadan istifadə edilsin, əllər mütəmadi yuyulsun. Bunlar bizim üçün adi gündəlik qayda olmalıdır. Bundan əsla vaz keçməməliyik. Maska da qısa müddətdə istifadə edilməli, daha sonra atılmalıdır. Əgər bir maska uzun müddət istifadə olunarsa, həm özünüz tərəfindən olan bəzi infeksiyalar, həm də ictimai nəqliyyatda və digər yerlərdə hava-damcı yolu ilə yayılan infeksiyalar maskanın üzərinə çökə bilər və siz də onu qəbul edə bilərsiniz. Bu halda sizin infeksiyalara yoluxma imkanınız ola bilər. Ona görə də maskanın qısa müddətdə istifadə edilməsi zəruridir".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam