Redaktor seçimi
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Günün xəbəri

Bu halda sərt karantinə ehtiyac olmayacaq -Professordan çağırış

Bu halda sərt karantinə ehtiyac olmayacaq -  Professordan çağırış
Son günlər koronavirusa yoluxanların sayında artımın olmasının əsas səbəbi yumşalma tədbirlərindən sonra insanlarda arxayınlıq hissinin yaranmasıdır.
Yenixeber.org: Bunu Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev deyib.

Onun sözlərinə görə, ictimai-iaşə müəssisələrində insanların sıx toplanması, maskadan istifadəyə ciddi diqqət yetirilməməsi yoluxma hallarının artımında ciddi rol oynayır:

"Digər tərəfdən Türkiyə və başqa ölkələrdə virusun mutasiyaya məruz qalmış ştammları geniş yayılmaqdadır. Ölkəmizdə aparılan tədqiqatlar nəticəsində burada mutasiyaya uğramış virus növünə rast gəlinməyib. Buna baxmayaraq, son zamanlar gündəlik yoluxma sayındakı artım diqqətli olmağı tələb edir. Qaydalara daha ciddi yanaşılsa və əməl olunsa sərt karantin rejiminin tətbiqinə ehtiyac olmaya bilər”.

Professor, həmçinin bildirib ki, yenidən sərt karantin rejiminin tətbiqi insanların qaydalara əməl etməsindən asılıdır.

“Ölkəmizdə aparılan vaksinasiya tədbirləri, peyvənd olunan şəxslərin artması xəstəliyi ağır keçənlərinin, eyni zamanda, virusun yayılmasının azalmasında mühüm rol oynayacaq. Vaxtilə COVID-19 infeksiyasının varlığını dananlar olduğu kimi vaksinin təhlükəli olduğunu, peyvənd olunanlarda müxtəlif xəstəliklərin əmələ gələcəyini deyənlər var idi. Lakin zaman keçdikcə vətəndaşlar ölkəmizə gətirilən vaksinin keyfiyyətli olduğunu və qabaqlayıcı xüsusiyyətləri ehtiva etdiyinə əmin oldular. Ona görə də vaksinasiyaya könüllü qoşulanların sayı getdikcə artır. Yoluxma hallarının artımının qarşısını almaq üçün hər kəsi maska taxmağa, sosial məsafəni gözləməyə və əl gigiyenası qaydalarına əməl etməyə səsləyirəm”, - deyə Adil Allahverdiyev vurğulayıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam