Redaktor seçimi
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var:
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
Günün xəbəri

Nazirlikdən Yaşar Nurinin həyat yoldaşının şikayəti ilə bağlı -daha bir açıqlama

 

Mədəniyyət Nazirliyi Yaşar Nurinin həyat yoldaşı Rəhimə Nuriyevanın şikayətininə münasibət bildirib.

Yenixeber.org: Nazirlikdən bildirilib ki, görkəmli teatr və kino aktyoru, Xalq artisti, Dövlət mükafatı laureatı Yaşar Nuriyev daim dövlətin və nazirliyin diqqət mərkəzində olub.

"Yaşar Nuriyev nazirliyin təqdimatı ilə 1981-ci ildə Respublikanın Əməkdar artisti, 1989-cu ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb. 2011-ci ildə “Şöhrət” ordeni ilə təltif olunub. Y.Nuriyev Prezident təqaüdçüsü idi. Mərhum sənətkar 2012-ci ildə xəstə olduğu müddətdə Türkiyədə müalicə olunub və bütün müalicə xərcləri nazirlik tərəfindən ödənilib. 2016-cı ildə noyabr ayının 15-də Mədəniyyət Nazirliyinin müvafiq əmrinə əsasən Akademik Milli Dram Teatrında Xalq artistinin 65 illik yubileyi münasibəti ilə xatirə gecəsi keçirilib. Sənətkarın 65 illik yubileyi münasibəti ilə nazirliyin sifarişi ilə “Yaddaş” Sənədli Filmlər Studiyasında “Yaşar Nuri” adlı sənədli film hazırlanıb",- nazirlikdən bildirilib.

Qeyd edək ki, R.Nuriyeva açıqlamasında aktyorun dünyasını dəyişəndən sonra Mədəniyyət Nazirliyindən zəng olunmadığını bildirib:

“2012-ci ildən bu günə kimi mənim evimə zəng gəlməyib. Nə bayram günü, nə ölən günü... Məndə sual yaranır ki, 40 il həyatını mədəniyyətə qoyan insanın ailəsi ilə Mədəniyyət Nazirliyi niyə maraqlanmır. İş təkcə qərar qəbul etməkdən ibarət deyil axı. Mənəvi dəstək tamamilə başqa şeydir".

Mədəniyyət naziri Anar Kərimov isə “Report”a açıqlamasında məsələ ilə bağlı maraqlanacağını bildirmişid.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam