Redaktor seçimi
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
Günün xəbəri

Zelenskinin ofisi qarşısında TOQQUŞMA:Xəsarət alanlar var - VİDEO

 

 Kiyevin mərkəzində Ukrayna Prezidenti Vladimir Zelenskinin ofisinin qarşısında toqquşmalar baş verib, nəticədə 27 hüquq-mühafizə orqanı əməkdaşı xəsarət alıb.

 Yenixeber.org: Toqquşmalar polis və insan oğurluğuna görə yeddi il müddətinə həbs edilmiş “Sağ sektor”un Odessa bölməsinin eks-rəhbəri Sergey Sternenkonun tərəfdarları arasında baş verib.

Polis 24 nəfəri saxlayıb və hüquq-mühafizə orqanının nümayəndəsinə müqavimət göstərmə maddəsi ilə cinayət işi qaldırıb.

Qeyd edək ki, çərşənbə axşamı günü məhkəmə Sternenkonu insan oğurluğunda təqsirli bilib və əmlakının yarısını müsadirə etməklə yeddi il müddətinə azadlıqdan məhrum edib. Həmin gün axşam minlərlə insan Ukrayna Prezidenti Vladimir Zelenskinin Ofisinin qarşısına gələrək Sternenkonun azadlığa buraxılması tələbini irəli sürüb.

Xatırladaq ki, 2015-ci ildə Odessa vilayətində Kominternovski rayon Sovetinin deputatı Sergey Şerbiç qaçırılıb, döyülüb və deputat mandatından imtina etməsi tələb edilib. Şerbiç hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, onu Sternenko və onun silahdaşı Ruslan Demçuk oğurlayıblar. Hüquq-mühafizə orqanları əməkdaşları onları yaxalayıb və həbs edib, lakin sonradan həbsdən buraxıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam